Hərbi xidmətlə bağlı dəyişiklik - 3 ildən 6 aya ENDİRİLDİ

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılacaq.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
İlkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilmişdir. Həmin müddəa “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 12-ci maddəsinin “b” bəndində də nəzərdə tutulmuşdur.
Praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar. Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada çətinliklərlə üzləşirlər. Qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.
Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunur. Bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcəkdir.
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












