Hərbi xidmətlə bağlı yeni dəyişiklik ANONSU: Yaş həddi azalacaq?

Hazırda Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış üçün yuxarı hədd 30 yaşdır. Bir müddət əvvəl bu hədd 35-dən 30 yaşa endirilib.
Bəs gələcəkdə çağırış yaşı daha da azaldılaraq 25 müəyyən edilə bilərmi?
Mövzu ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, gələcəkdə yaş həddinin daha da aşağı salınması tam realdır.
Onun sözlərinə görə, bunun üçün ilk növbədə hüquqi və təşkilati məsələlər öz həllini tapmalıdır:
“Yaş həddinin aşağı salınması mümkündür və düşünürəm ki, bu, gələcəkdə baş verəcək. Bunun üçün müəyyən hüquqi məsələlər həll edilməlidir. Həmin proseslər tamamlandıqdan sonra bu məsələyə baxılması mümkündür. Mən şəxsən hesab edirəm ki, yaş həddi mütləq aşağı salınacaq.
Azərbaycanda ordunun tədricən peşəkar ordu modelinə keçidi istiqamətində ardıcıl addımlar atılır. Çağırışçıların yaş həddinin azaldılması da bu prosesin tərkib hissəsi ola bilər”.
Ekspert qeyd edib ki, ali təhsil alan gənclər nəzərə alındıqda onların hərbi xidmətə çağırılması əsasən 21-22 yaşlarında baş tutur. Bu baxımdan yuxarı yaş həddinin daha aşağı müəyyən edilməsi məqsədəuyğun hesab olunur:
“Yəqin ki, yaxın bir neçə ildə bu məsələ həm cəmiyyətdə, həm də güc strukturlarında müzakirə olunacaq. Bununla bağlı müxtəlif yanaşmalar və əsaslandırmalar mövcuddur”, – deyə o, əlavə edib.
Hərbi ekspertin sözlərinə görə, yaş fərqinin çox olması hərbi hissələrdə müəyyən problemlərə səbəb ola bilər:
“18 yaşlı çağırışçı ilə 30 yaşlı arasında 12 yaş fərqi yaranır. Bu isə istər-istəməz xidmət zamanı, tapşırıqların icrası və qarşılıqlı münasibətlər baxımından özünü göstərə bilər. Azərbaycan mentalitetini də nəzərə alsaq, yaş fərqi böyük olduqda çağırışçılar arasında müəyyən gərginlik və anlaşılmazlıqların yaranması mümkündür. Əgər yaş həddi 18-21 və ya 18-25 aralığında olsa, bu fərq xeyli azalacaq və uyğunlaşma prosesi daha rahat keçəcək”, – deyə Ü.Cəfərov bildirib.
Ekspertin fikrincə, orduda aparılan təkmilləşdirmə prosesləri çərçivəsində qanunvericilik bazası da yenilənməli, bu istiqamətdə qərarlar aidiyyəti dövlət qurumları və güc strukturlarının rəyləri nəzərə alınmaqla qəbul edilməlidir:
“Ordumuzu təkmilləşdiririk. Bu proses çərçivəsində qanunvericilik bazası da işlənib hazırlanmalıdır. Bütün bunlar güc strukturlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilməlidir. Hesab edirəm ki, bu məsələ yaxın illərdə mütləq gündəmə gələcək və bununla bağlı müvafiq qərar qəbul olunacaq”, – deyə o, vurğulayıb./konkret.az
Bəzi şəxslərə ictimai nəqliyyatda ödənişin 10 faizi geri qaytarılacaq - VİDEO
Gömrükdə böyük güzəşt: Yanvarın 1-dən...
Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi mənzildən pay tələb edə bilər?
Bakıda bu taksilər qiyməti artırdı
Dövlət qurumlarına müraciət qaydaları dəyişir: Artıq hər addım izlənəcək
İtin parçaladığı burun bərpa edildi - Azərbaycanda unikal əməliyyat - FOTO - VİDEO
Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? - AÇIQLAMA
Maqnit qasırğası orqanizmə necə təsir edir? - Bu şəxslər onu daha ağır keçirir
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır - Sürücülərin DİQQƏTİNƏ!
Qəzalar və “qaymaqlar”: 5 il həbs aldı, amma... - ARAŞDIRMA
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ










