Hövsanın yararsız vəziyyətdə olan küçələri – Şikayətə baxan yoxdur – VİDEO

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan kəndi, Kamal Qasımov küçəsində (köhnə Baxça küçəsi) yol infrastrukturu uzun müddətdir ki, yararsız vəziyyətdədir.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.
Sakinlərin sözlərinə görə, küçədə nəqliyyat vasitələrinin və piyadaların gediş-gəlişi xeyli çətinləşib.
"Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət etsək də, problem tam həllini tapmır. Hövsan bələdiyyəsi bir müddət əvvəl yolu qismən abadlaşdırılıb. Lakin yağıntılı havalardan sonra küçə yenidən keçilməz vəziyyətə düşüb. Yolda olan çala-çuxurlar gündəlik həyatımızda ciddi çətinliklər yaradır, avtomobillərə ziyan dəyir", - deyə şikayətdə bildirilir.
Suraxanı Rayonu İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində asfaltlanmasına ehtiyacı olan küçələrin təmir olunması ilə bağlı vətəndaşların müraciəti əsasında tərəfimizdən aidiyyəti üzrə Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq məktublar ünvanlanıb:
"Mərhələli şəkildə yolların asfaltlanması həyata keçiriləcək".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












