İkili vətəndaşlığı olan şəxs Azərbaycanda hərbi xidmətə çağırılır? - AÇIQLAMA

Xarici ölkə vətəndaşlığı alan şəxslərin hərbi xidmətə çağırış məsələsi tez-tez müzakirə olunur. Xüsusilə Azərbaycan vətəndaşlığından çıxmayan şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmaması maraq doğuran mövzulardandır. Avtosfer.az bildirir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanovun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyası və digər müvafiq sənədlər əsasında Azərbaycanın vətəndaşı olan şəxs müəyyən yaş çərçivəsində hərbi xidmətə getməlidir. O bildirib ki, qalan məsələlər isə fərdi şəkildə müəyyənləşdirilir: “Digər məsələlər, onların qanuna uyğun olub-olmaması fərdi formada hərbi çağırış qurumlarında təqdim olunan sənədlər əsasında yoxlanılır və baxılaraq qanuna uyğun olaraq qərarlar qəbul olunur. Əgər şəxs Azərbaycan vətəndaşı kimi hazırda qeydiyyatdadırsa, hərbi komissarlığa dəvət olunub proseduru keçməlidir. Bunun üçün bildiriş göndərilir, gəlmədiyi halda axtarış elan olunur. Ölkədən çıxışına da “stop” qoyulur. Vətəndaşın hansı ölkədə olmasından asılı olmayaraq zamanı gəldikdə vətəndaşlıq borcunu yerinə yetirməlidir”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












