İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?

İran bir sıra məhsulların ixracını qadağan edib. Məlumata görə, İranın Kənd Təsərrüfatı Nazirliyi mövcud şəraitdə ölkə bazarında qiymətləri tənzimləmək məqsədilə yumurta, pomidor və xurmanın ixracına qadağa tətbiq edib. Qadağanın qeyri-müəyyən müddətə qüvvədə olacağı bildirilir.
Qonşu ölkənin bu qərarı Azərbaycan bazarına necə təsir göstərə bilər?
Avtosfer.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri İqtisadçı-ekspert Akif Nəsirli "Qaynarinfo"ya açıqlamasında bildirib ki, əgər bu məhsulların bir hissəsi Azərbaycana İran vasitəsilə idxal olunurdusa, ixracın dayandırılması bazarda təklifin azalmasına və nəticədə qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

Akif Nəsirlinin sözlərinə görə, qiymət artımının miqyası əsasən yerli istehsalın kifayətliliyi və alternativ idxal mənbələrinin mövcudluğundan asılı olacaq:
"Əgər alternativ tədarük yolları varsa və yerli istehsal tələbatı ödəyirsə, təsir məhdud ola bilər. Qısa müddətli qadağalar bazarda müəyyən narahatlıq yarada bilər. Lakin uzunmüddətli qiymət artımı əsasən tədarük balansından asılı olacaq”.
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












