İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə iş saatlarının dəyişdirilməsi ilə bağlı müzakirələr davam edir. Lakin ekspertlər hesab edirlər ki, bu addım problemin köklü həlli üçün kifayət etməyə bilər. Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, iş saatlarının fərqli vaxtlara keçirilməsi modeli əsasən tıxacların günün yalnız müəyyən saatlarında yarandığı şəhərlərdə effektiv nəticə verir.
“Bakıda isə vəziyyət fərqlidir. Paytaxtda səhər saatlarından gecə saatlarınadək davam edən nəqliyyat yüklənməsini cəmi 1-2 saatlıq qrafik dəyişiklikləri ilə aradan qaldırmaq mümkün deyil”, – deyə ekspert qeyd edib. E.Əmirov bildirib ki, iş saatlarının dəyişdirilməsi məcburi və kütləvi xarakter daşıyarsa, müəyyən müsbət nəticələr verə bilər. Bununla yanaşı, belə bir qərarın mənfi təsirləri də istisna olunmur. Ekspertin fikrincə, dövlət və özəl sektor arasında iş rejimlərinin uyğunlaşdırılması ilə bağlı problemlər yarana, ailələrin gündəlik planlaşdırması çətinləşə, həmçinin iş və sosial həyat arasında balans daha da pozula bilər. “Şəhərdə həddindən artıq mərkəzləşmə aradan qaldırılmadıqca, tıxac probleminin qalacağı qaçılmazdır”, – deyə o vurğulayıb.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












