İstidən ən çox bu şəxslər ölür - ÜST-dən həyəcan təbili

Ekstremal isti hava şəraitində ən böyük risk qrupu tənha yaşayan yaşlı insanlardır. Avtosfer.az xəbər verir ki, bu barədə TASS agentliyinə açıqlamasında Dünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klyuge deyib. Klyugenin sözlərinə görə, isti hava ilə əlaqədar baş verən ölüm hallarının əksəriyyəti məhz tənha yaşayan yaşlı insanlar arasında qeydə alınır. “Ən həssas qrup tənha yaşayan yaşlı insanlardır. İstidən baş verən ölümlərin böyük hissəsi onların payına düşür. Bu ölümlər çox vaxt ev şəraitində baş verir və bəzən cəsədlər yalnız saatlar, hətta günlər sonra aşkar edilir”, – deyə ÜST rəsmisi vurğulayıb.
O əlavə edib ki, qadınların isti hava səbəbindən ölüm riski kişilərlə müqayisədə təxminən iki dəfə yüksəkdir. Bunun əsas səbəbi qadınların daha uzun ömür sürməsi və yaşlı əhali arasında üstünlük təşkil etməsidir. Klyuge həmçinin bildirib ki, hamilə qadınlar da yüksək temperatur səbəbindən vaxtından əvvəl doğuş, az çəkili körpənin dünyaya gəlməsi və ölü doğum riski ilə üzləşirlər. ÜST rəsmisi açıq havada çalışan tikinti, kənd təsərrüfatı və logistika işçilərinin də ciddi təhlükə altında olduğunu qeyd edib. Onun sözlərinə görə, bu sahələrdə çalışanlar birbaşa günəş və yüksək temperaturun təsirinə məruz qalır, çox vaxt kölgəyə çəkilmək və ya kifayət qədər su qəbul etmək imkanları məhdud olur.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












