İtin parçaladığı burun bərpa edildi - Azərbaycanda unikal əməliyyat - FOTO - VİDEO

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mürəkkəb və yüksək peşəkarlıq tələb edən unikal rekonstruktiv burun əməliyyatı uğurla icra olunub.
Avtosfer.az xəbər verir ki, əməliyyat ATU-nun Ağız, üz və çənə cərrahlığı kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi altında plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezident, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov tərəfindən həyata keçirilib.
67 yaşlı pasiyent öz iti tərəfindən dişlənməsi nəticəsində burnunun böyük hissəsini itirib. Xəstə ilkin olaraq başqa tibb müəssisəsində əməliyyat olunsa da, replante edilmiş toxumada tam nekroz inkişaf edib və cərrahi müdaxilə uğursuz nəticələnib.
Hadisədən 46 gün sonra geniş toxuma defekti ilə Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasiyent üzərində Dilqəm Məhərrəmov tərəfindən çoxmərhələli rekonstruktiv əməliyyat həyata keçirilib.
Əməliyyat zamanı rekonstruktiv cərrahiyyənin ən mürəkkəb texnikalarından sayılan paramedian forehead flap, autogen kompozit qreft və qabırğa qığırdağı kombinasiyasından istifadə olunub. Pasiyentin uzunmüddətli intensiv siqaret istifadəsi, yaşı və əvvəlki uğursuz cərrahi müdaxilə əməliyyatın riskini xeyli artırsa da, Dilqəm Məhərrəmovun icra etdiyi mürəkkəb rekonstruksiya uğurla başa çatdırılıb.
Aparılan rekonstruksiya nəticəsində təkcə burnun estetik görünüşü deyil, həm də pasiyentin xarici tənəffüs funksiyası tam bərpa olunub. Bu nəticə rekonstruktiv cərrahiyyədə həm funksional, həm də estetik baxımdan yüksək mürəkkəblik daşıyan uğurlu əməliyyat kimi qiymətləndirilir.




İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












