İllər əvvəl tikilən körpü sakinlərin evinə təhlükə yaradır - VİDEO

Bakı-Quba yolunun Şabran ərazisindən keçən hissəsində illər əvvəl inşa edilən körpü bu gün həmin ərazidə yaşayan sakinlərin ciddi narahatlığına səbəb olur. Sakinlər iddia edirlər ki, evlərinin yaxınlığında inşa edilən körpüdən keçən ağırtonnajlı yük avtomobilləri mənzillərdə çatların yaranmasına səbəb olub. Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 122-ci km-liyinin Şabran ərazisində 2010-cu ildə körpü inşa edilib. Körpü istifadəyə verildikdən sonra burdan ağır yük avtomobillərinin keçməsi onların evində titrəmələrə səbəb olub. Onlar deyir ki, qonşulardan bəziləri öz mülklərini tərk etmək məcburiyyətində qalıblar. Yaranan problemə görə onlar evlərini nə təmir edə, nə də sata bilirlər. Torpağı olanlara isə ev tikməyə icazə verilmir. Şabran şəhər üzrə icra nümayəndəliyindən bildirildi ki, körpünün altına düşən evlərin problemi həll olunub. Yaxın evlərlə bağlı hələ də qərar yoxdur.
Daha ətraflı videomaterialda.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












