İxtisas var, iş yox; həmin ixtisas niyə ləğv olunmur? - Ekspert AÇIQLADI

Bəzi ixtisaslar var ki, onları bitirən gənclər illərlə diplomla qapı-qapı gəzsə də, uyğun vakansiya tapa bilmirlər. Əmək bazarında tələbatın demək olar ki, olmadığı bu sahələr üzrə nə dövlət sektorunda, nə də özəl qurumlarda iş imkanları mövcuddur. Buna baxmayaraq, həmin ixtisaslar ali və orta ixtisas təhsili müəssisələrində hələ də tədris olunur, hər il onlarla, bəzən yüzlərlə məzun buraxılır. Bu isə gənclər arasında həm işsizlik problemini dərinləşdirir, həm də “iş yoxdursa, bu ixtisaslar niyə hələ də var?” sualını aktuallaşdırır.

Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, bəzi ixtisaslar daha çox iş imkanlarına malik olsa da, bəzilərinin imkanları məhduddur:
“İş imkanları məhdud olan ixtisaslar müxtəlif qruplarda mövcuddur. Məsələn, birinci qrupda geologiya mühəndisliyi və geofizika mühəndisliyi yer alır. Bu ixtisaslar geniş iş imkanlarına malik deyillər. İkinci ixtisas qrupunda xüsusilə hidrometrolojiya ixtisasları iş imkanları baxımından zəif potensiala malikdir. Üçüncü qrupda isə fəlsəfə ixtisası demək olar ki, çox məhdud iş imkanları olan sahələr sırasındadır. Dördüncü qrupda ekoloji ixtisaslar geniş iş imkanlarına malik deyil. Xüsusilə bitki mühafizəsi ixtisasları bu qrupa aid olaraq iş imkanları məhdud olan sahələr kimi diqqəti cəlb edir. Beşinci ixtisas qrupunda qabiliyyət tələb edən ixtisaslar olduğundan orada çox məhdud iş imkanları olan sahə demək olar ki, yoxdur. Qabiliyyət tələb edən ixtisaslar müəyyən bacarıq və sahə yönümlü ixtisaslar hesab olunur. Ümumilikdə əmək bazarının tələblərini nəzərə alsaq, hazırda ən çox tələb olunan sahələr kompüter yönümlü ixtisaslardır. Gələcəkdə psixologiya sahəsində müəyyən qədər iş imkanlarının genişlənəcəyini gözləmək olar. Çünki insanların psixoloji təzyiqlərə daha çox məruz qalması mütəxəssislərə olan tələbi artıracaq və psixologiya sahəsi iş imkanları baxımından perspektivli sahələrdən biri olacaq. İş tapılmayan bir ixtisas yoxdur. Yəni, hər bir ixtisasın müəyyən qədər az da olsa iş imkanları var. Əgər hər sahə üzrə az da olsa müəyyən iş imkanları varsa, ali təhsil müəssisələri həmin ixtisasların ləğv etməz. Çünki bu, istər-istəməz həmin sahədə çalışan müəllimlərin iş imkanlarının itirilməsi ilə nəticələnəcək. Məsələn, fəlsəfə ixtisasını çıxarılsa, fəlsəfə kafedrasında çalışan müəllimlərin dərs saatları və iş imkanları da məhdudlaşacaq. Eyni zamanda əmək bazarında az tələbat olan digər ixtisasların ləğvi də həmin sahədə çalışan insanların iş imkanlarını azaldacaq. Beləliklə, ali təhsil müəssisələri ixtisasları ləğv edərkən bütün bu amilləri nəzərə alır”.
Nurcan Babək
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












