Keşlədə infrastruktur problemləri: Sakinlər çətinliklərlə üz-üzədir - VİDEO

Nizami rayonunun Keşlə qəsəbəsində yaşayan sakinlər son zamanlar qəsəbənin infrastruktur vəziyyətindən ciddi narahatlıq ifadə edirlər. Qəsəbə daxilindəki yolların yararsız vəziyyətdə olması, kanalizasiya sistemindəki nasazlıqlar və antisanitar vəziyyət gündəlik həyatı çətinləşdirən əsas amillər kimi göstərilir. Avtosfer.az xəbər verir ki, bu barədə Sitat.info-nun hazırladığı reportajda deyilir.
"Sakinlərin bildirdiyinə görə, qəsəbədaxili yolların əksəriyyətində asfalt örtüyü tamamilə sıradan çıxıb. Xüsusilə kanalizasiya lyuklarının ətrafındakı çökəkliklər həm sürücülər, həm də piyadalar üçün təhlükə mənbəyinə çevrilib. İşıqlandırma sisteminin yetərsiz olduğu küçələrdə, axşam saatlarında bu çökəkliklər qəzalara zəmin yaradır. Yağışlı havalarda isə yollar tamamilə keçilməz hala düşür.
Qəsəbədəki digər ciddi problem isə piyada səkilərinin durumu ilə bağlıdır. Yolların onsuz da dar olması, üstəgəl mövcud səkilərin müxtəlif obyektlər tərəfindən zəbt edilməsi, məktəblilərin və azyaşlıların avtomobil yolu ilə hərəkət etməsinə səbəb olur. Bu isə bədbəxt hadisələrin baş vermə riskini artırır", - deyə reportajda bildirilir.
Qeyd edilir ki, Keşlə qəsəbəsinin mərkəzi hissələrində, xüsusən işıqfor yaxınlığında zibil qutularının vaxtlı-vaxtında boşaldılmaması ərazidə antisanitar vəziyyət yaradıb. Sakinlər həmçinin yeni çəkilən kanalizasiya xətlərindən gələn kəskin qoxudan da şikayətçidirlər.
Reportajda həmçinin vurğulanır ki, Keşlə sakinlərinin sözlərinə görə, mövcud problemlərlə bağlı aidiyyəti qurumlara, o cümlədən Nizami Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, hələlik praktik addımlar müşahidə olunmur.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












