Kommunal xərcləri bu yollarla azalda bilərsiniz

Kommunal ödənişlər hər ay eyni sualı doğurur: Bu qədər elektrik hara getdi? Əksəriyyət tariflərin artdığını düşünür, amma mütəxəssislər başqa məqama diqqət çəkir, evlərdə istifadə etdiyimiz məişət texnikasının bir hissəsi düşündüyümüzdən xeyli artıq enerji sərf edir. Üstəlik, bu cihazlar çox vaxt göz önündə olsa da, onların real xərci diqqətdən yayınır. Gündəlik rahatlıq üçün istifadə etdiyimiz texnika bəzən büdcəyə zərər verir. Son araşdırmalar göstərir ki, düzgün istifadə edilməyən məişət cihazları aylıq kommunal xərclərin nəzərəçarpacaq hissəsini təşkil edir.
Bəs ən çox enerji sərf edən qurğular hansılardır və bu xərcləri necə azaltmaq olar?
Avtosfer.az xəbər verir ki, bu barədə “Yeni Sabah” kommunal xərcləri azaltmağın bir neçə yolunu təqdim edir:
Ən çox elektrik sərf edən məişət cihazları
Enerji istehlakı üzrə aparılan müşahidələr göstərir ki, evlərdə ən çox elektrik “yeyən” cihazlar paltaryuyan maşın, soyuducu, elektrik sobası, su qızdırıcısı və kondisionerdir. Soyuducu fasiləsiz işlədiyi üçün az enerji sərf edir kimi görünsə də, köhnə model olduqda və ya düzgün yerləşdirilmədikdə xərcləri ciddi artırır. Paltaryuyan maşın isə yüksək temperatur rejimində işlədikdə elektrik sərfiyyatını kəskin yüksəldir. Elektrik sobası və su qızdırıcısı qısa müddətdə çox enerji çəkməsi ilə seçilir.
Gizli xərc mənbəyi
Bir çox evdə cihazlar tam söndürülmür, sadəcə gözləmə rejimində qalır. Televizorlar, modemlər, mikrodalğalı sobalar və müxtəlif adapterlər işləmədiyi halda belə elektrik sərf edir. Bu xərclər gündəlik nəzərə çarpmır, amma ayın sonunda ümumi hesabda hiss olunur. Hesablamalara görə, “standby” rejimi bəzi evlərdə ümumi elektrik sərfiyyatının 5-10 faizinə qədərini təşkil edə bilər. Bu rejim cihazın tam söndürülmədən, “hazır vəziyyətdə” saxlanılmasıdır. Yəni texnika işləmirmiş kimi görünür, amma əslində minimal səviyyədə enerji sərf etməyə davam edir ki, tez işə düşə bilsin.
Kommunal ödənişləri azaltmağın real yolları
Ekspertlər bildirir ki, bir neçə sadə vərdiş enerji xərclərini nəzərəçarpacaq dərəcədə azalda bilər:
- Paltaryuyan maşını aşağı temperaturda və tam dolu halda işlədin.
- Soyuducunu istilik mənbələrindən uzaqda yerləşdirin və qapısını uzun açıq saxlamayın.
- İstifadə olunmayan cihazları şəbəkədən tam ayırın.
- Enerjiyə qənaət edən lampalara üstünlük verin.
- Kondisioneri sabit və orta temperaturda işlədin.
Mütəxəssislərin hesablamalarına görə, bu sadə addımlar kommunal xərcləri 20-30 faizədək azaltmağa kömək edə bilər. Yüksək hesabların səbəbi təkcə tariflər deyil, evdəki enerji davranışı da nəticəyə birbaşa təsir göstərir.
Əhalinin sosial vəziyyəti necə dəyişir? - Yaşayış xərcləri bu cür artır...
Autizmli uşağın doğulmasında hamiləlik zamanı ananın çips yeməsi də səbəb ola bilər - PSİXOLOQ
Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
Fitrə zəkatı nə vaxt və nə qədər verilməlidir? - VACİB AÇIQLAMA
İnsanlar niyə geyim və əşyalarda bir-birilə prinsip aparır? – Psixoloq səbəbləri AÇIQLADI
Bakının bu rayonlarında kirayə evlərin qiyməti artdı
Gənclər arasında işsizlik: Ali təhsili olanların iş tapa bilməməsinin səbəbləri nələrdir?
Bayram tətilindən necə səmərəli istifadə etmək olar? - MƏSLƏHƏT
Yeriyərkən siqaret çəkməyin təhlükəli tərəfləri
Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?
Bayram öncəsi bazarlarda qiymətlər necədir? - VİDEO










