Manatın dövretmə sürəti azalıb: Devalvasiya olacaq?

2026-cı ilin mayın 1-nə olan məlumata görə, Azərbaycanda manatın dövretmə sürəti 2,96 bənd təşkil edib.
Avtosfer.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,01 bənd, ilin əvvəli ilə müqayisədə 0,24 bənd, ötən ilin mayın 1-nə nisbətən isə 0,37 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 21 il ərzində ən aşağı həddi devalvasiya ərəfəsində, 2015-ci ilin yanvarında qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Maliyyə-bank eksperti Əkrəm Həsənov Bakupost.az-a bildirib ki, manatın dövretmə sürəti bir manatın müəyyən dövr ərzində neçə dəfə istifadə olunmasının göstəricisidir:
“Məsələn, dövretmə sürəti üçdürsə, deməli, hər bir manat 3 dəfə istifadə olunub. Bu həm də iqtisadi aktivliyin göstəricisi sayılır. Manatın dövretmə sürəti azalıbsa, deməli, iqtisadi aktivlik də azalıb”.
Onun fikrincə, belə vəziyyət iqtisadi böhranla bağlıdır:
“İnsanlar az xərcləyir, onların pulları azalıb, olan pullarını daha çox ehtiyat kimi saxlamağa üstünlük verirlər. Əhalinin sabaha olan əminliyi də azalıb”.
Amma bununla belə ekspert hesab etmir ki, manatın dövretmə sürətinin azalması növbəti devalvasiyaya səbəb olacaq:
“2015-ci ildə problem başqa idi. Həmin dövr ərəfəsində devalvasiya tüğyan edirdi. Neftin qiyməti kəskin düşmüşdü, ölkəyə valyuta az gəlirdi və belədə manata təzyiq artmışdı. İnsanlar manatı dollara dəyişirdi. Yəni manat az dövr edirdi və sürət də həmin ildə məhz buna görə azalmışdı. İndi isə neftin qiyməti yüksəkdir”.
Ə.Həsənovun sözlərinə görə, manatın dövretmə sürətinin azalması inflyasiyanı da azaldır.
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?











