Marketlərdə “endirim oyunu” : vətəndaşlar çürümüş məhsullardan şikayətlənir - VİDEO

Sosial mediada paylaşılan bir video marketlərdə tətbiq edilən endirimlər ilə bağlı yeni suallar doğurub.
Avtosfer.az xəbər verir ki, vətəndaşlardan biri paytaxtdakı iri marketlərdən birində endirimə çıxarılan məhsulların görüntülərini yayımlayıb. Onun iddiasına görə, endirimli malların bir qismi artıq tamamilə xarab olub.
Paylaşımda xüsusilə qızıl balığı və avokado nümunələri diqqət çəkir. Vətəndaş bildirir ki, market qızıl balığını endirimə çıxarsa da məhsul artıq yararsız vəziyyətdə olub. Avokadolar isə videoda açıq-aşkar əzilmiş, qaralmış və çürümüş halda görünür.
Şikayətçi qeyd edir ki, “normalda baha qiymətə satılan məhsullar xarab olduqda endirimə düşür. Bu məhsulları normal qiymətə qoysalar vərəndaşlar da rahat şəkildə alar. İndi isə bu məhsulların bir çoxu tullanacaq”. — deyə vətəndaş bildirir.
Qida təhlükəsizliyi məsələləri bütün dünyada prioritet sahələrdən biri sayılır. Çünki keyfiyyətsiz və xarab olmuş ərzaqlar həm qida zəhərlənməsinə, həm də daha ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər. Bu səbəbdən, mütəxəssislər daim həm market sahiblərini, həm də alıcıları diqqətli olmağa çağırırlar.
Xatırladaq ki, qanunvericiliyə görə, istifadə müddəti bitmiş və ya xarab olmuş məhsulların satışa çıxarılması qadağandır. Qanun pozuntusu aşkar edildikdə isə həm cərimə, həm də fəaliyyətin dayandırılması tədbirləri tətbiq oluna bilər.
Fidan
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












