Maşın bazarının Ağdama köçürülməsi xəbərinə - Rəsmi reaksiya

Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı xəbərlərə rəsmi reaksiya verilib.
Ağdamın hansı hissəsində yer ayrılması, prosesin nə vaxt başlayacağı ilə bağlı sualları aidiyyəti qurumlara ünvanlayıb.
Ağdam Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, RİH-ə aid hissədə belə bir bazarın inşası nəzərdə tutulmayıb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi də müraciətimizə cavab kimi məlumatın həqiqətə uyğun olmadığını açıqlayıb: “Bu, feyk xəbərdir. Maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı məlumat yoxdur”.
Qeyd edək ki, Bakıdakı maşın bazarının köçürüləcəyi haqda məlumatda belə əsaslandırılır ki, avtomobil bazarı və logistika infrastrukturunun qurulması Ağdamı ölkənin dinamik iqtisadi zonalarından birinə çevirəcək. Həmçinin bura Cənubi Qafqazda aparıcı avtomobil ticarət mərkəzi olacaq, region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək. /“Qafqazinfo”
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












