Məktəblərdə dərs saatları dəyişəcək? – Gözlənilən qərar açıqlandı

Yeni tədris ilinin başlanmasına az vaxt qaldığı bir vaxtda ümumtəhsil məktəblərində dərs saatlarının azaldılması ilə bağlı iddialar gündəmə gəlib.
Bəs sentyabr ayından etibarən məktəblərdə tədris yükünün azaldılması və ya dərs saatlarında dəyişiklik edilə bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu məsələ tədris planlarının yenilənməsi ilə bağlıdır və yaxın vaxtlarda belə bir dəyişiklik gözlənilmir.
Onun sözlərinə görə, bir neçə il əvvəl şəhərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə həm ali təhsil müəssisələrində, həm də ümumtəhsil məktəblərində iş və dərs qrafiklərinin fərqli saatlarda təşkili ilə bağlı təşəbbüslər irəli sürülmüşdü. “Təklif edilirdi ki, bəzi məktəblərdə dərslər saat 08:00-da, digərlərində 09:00-da, bir qismində isə 10:30-da başlasın. Lakin bu təşəbbüslər Milli Məclisdə müzakirə olunsa da, özünü doğrultmadığı üçün tətbiq edilmədi”, – deyə ekspert bildirib.
Məmmədli qeyd edib ki, hazırda 2026–2030-cu illəri əhatə edən proqram çərçivəsində Elm və Təhsil Nazirliyinə tədris proqramlarının yenilənməsi ilə bağlı hazırlıq işləri aparmaq tapşırılıb.
“Gələcəkdə müəyyən humanitar fənlərin distant formada tədrisi həm ali təhsil müəssisələrində, həm də ümumtəhsil məktəblərində müəyyən fayda verə bilər. Dəqiq elmlərin isə əyani formada tədrisinin davam etdirilməsi daha məqsədəuyğundur. Sentyabr ayından dərs saatlarının azaldılması və ya bu istiqamətdə hər hansı dəyişiklik gözlənilmir. Əgər belə bir qərar nəzərdə tutulsaydı, indiyədək ictimai müzakirəyə çıxarılar və rəsmi qərar qəbul edilərdi. Hazırkı vəziyyətdə yeni tədris ilindən dərs saatlarının dəyişdirilməsi ilə bağlı hər hansı gözlənti yoxdur”.
Beləliklə, ekspertin qənaətinə görə, yeni tədris ili əvvəlki qaydada başlayacaq və sentyabr ayından etibarən ümumtəhsil məktəblərində dərs saatlarının azaldılması gözlənilmir.
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş










