Metro altından yol çəkilməsi təhlükə yaratmır - AÇIQLAMA

Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Avtosfer.az-ın məlumatına görə, "redaktor.az"a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, müasir texnoloji imkanlar və tətbiq edilən təhlükəsizlik tədbirləri çərçivəsində bərkitmə işləri qaydasında aparıldığı təqdirdə, metro tikintisi zamanı heç bir texniki problem yaranmır.

"Dünya təcrübəsində 60-100 mərtəbəli binaların, hətta Çində olduğu kimi, yaşayış komplekslərinin daxilindən metro və tramvay xətlərinin keçməsi artıq adi hal alıb. Bu cür layihələr sakinlər üçün hər hansı təhlükə yaratmır, əksinə, nəqliyyatın əlçatanlığını təmin edir. Bakıda nəqliyyatın düzgün idarə olunması və tıxac probleminin aradan qaldırılması üçün dövlət proqramında nəzərdə tutulan layihələrin icrası mühüm əhəmiyyət kəsb edir. Hazırda "Koroğlu" və "Ulduz" stansiyaları arasındakı ərazidə inşasına başlanılan yeni nəqliyyat qovşağı da məhz bu məqsədə xidmət edir. Bu məkanda metro, dəmir yolu və avtobus xətlərinin inteqrasiyası vətəndaşların bir nəqliyyat vasitəsindən digərinə rahat keçidini təmin edəcək, ictimai nəqliyyatın səmərəliliyini artıracaqdır", - deyə o qeyd etdi.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












