Metroda 200 manat məbləğində cərimələnə bilərsiniz - Səbəb budur - VİDEO

İctimai nəqliyyatda davranış mədəniyyəti cəmiyyətin ümumi səviyyəsini göstərən əsas göstəricilərdən biridir. Hər gün minlərlə insanın istifadə etdiyi bu məkanların təmiz və səliqəli saxlanılması yalnız aidiyyəti qurumların deyil, hər bir sərnişinin məsuliyyətidir. Təəssüf ki, bəzən fərdi məsuliyyətsizlik ümumi qaydalara hörmətsizliklə nəticələnir və bu cür hallar ictimai narazılıq doğurur.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan bir video da məhz belə bir vəziyyəti əks etdirir. Videoda metronun “Həzi Aslanov–İçəri şəhər” istiqamətində hərəkət edən qatarların birində sərnişin tərəfindən oturacağın üzərinə atılmış və əzilmiş butulka açıq şəkildə görünür. Bu hal təkcə adi bir məsuliyyətsizlik deyil, eyni zamanda ictimai nəqliyyatın, xüsusilə də, hər gün minlərlə insanın istifadə etdiyi metronun bilərəkdən çirkləndirilməsi deməkdir. Belə davranışlar həm digər sərnişinlərə hörmətsizlikdir, həm də ictimai mədəniyyətin və şəxsi məsuliyyət anlayışının nə dərəcədə zəif olduğunu göstərir.
Metroda oturacaqların üzərinə tullantı atmaq, əşyaları zədələmək və ətrafı çirkləndirmək bu məkandan istifadə edən minlərlə insanın hüquqlarını tapdalamaq deməkdir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Avtosfer.az-a bildirib ki, antisanitariya vəziyyəti olduğu halda sonuncu stansiyada qatarda müəyyən baxış keçirilərkən dərhal aradan qaldırılır: “Antisanitariya, gigiyena və təmizlik məsələləri ilə bağlı Bakı Metropoliteni dünya metropolitenləri arasında sayılıb seçilənlərdəndir. Gün ərzində davamlı olaraq bununla bağlı nəzarət mexanizmləri tətbiq olunur, eyni zamanda çoxpilləli monitorinqlər təşkil olunur. Stansiyaların, vaqonların, stansiya infrastrukturuna daxil olan bütün obyektlərin səliqə-səhmanı, sanitariya normalarına uyğun olması diqqətdə saxlanılır. Sərnişinlərin müraciəti olarsa dərhal müvafiq tədbirlər görülür. Sərnişinlərdən xahiş edirik ki, belə hallarla rastlaşdıqda dərhal stansiyada olan əməkdaşlara və yaxud maşinist rabitəsilə qatar maşinistinə məlumat versinlər, məsələ dərhal aradan qaldırılsın. Təbii ki, vaqonlara, stansiyaların platformalarına, vestibüllərə və eskalatorlara tullantıların atılması ilə bağlı İnzibati Xətalları Məcəlləsinin 306.1-ci maddəsində uyğun olaraq 200 manat məbləğində cərimə nəzərdə tutulub”.
Nurcan Babək
Qızıl, depozit, daşınmaz əmlak: Hansı daha təhlükəsiz və sərfəlidir?
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Regiona siklon yaxınlaşır: leysan yağacaq - Bizi nə gözləyir?
Bu kəndə avtomobillə girmək qadağandır - FOTO
Qadınların C kateqoriyası almasına gizli qadağa var? - AÇIQLAMA
Pensiya ilə bağlı MÜHÜM AÇIQLAMA
Bu sahədə çalışanlar hərbi xidmətdən azad edilir? - AÇIQLAMA
Bakıda ictimai nəqliyyat pulsuz ola bilər? – Ekspertdən AÇIQLAMA
Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikası, yoxsa mentalitetin?
"Yayda toz-torpaq, qışda isə palçıq" - Sakinlərin yol dərdi - VİDEO
Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR










