Metroda gediş haqqı məsafəyə görə müəyyən edilə bilər? - VİDEO

Bakı metrosunda hazırda vahid tarif modeli tətbiq olunur, lakin gələcəkdə gediş haqqı məsafəyə görə müəyyən edilə bilər. Odur ki, hazırda bununla bağlı analitik qiymətləndirmələr davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu təcrübə dünyanın bir çox ölkələrində var, yəni metrodan istifadə edən sərnişin gediş haqqını qət etdiyi məsafəyə görə ödəyir. Lakin ekspertlər bildirirlər ki, bu sistemi qurmaq elə də asan deyil, çünki, bütün stansiyalarda zəruri şərait, terminallar olmalıdır.
Bəs metroda bu tarif modeli ölkəmizdə də tətbiq oluna bilərmi?
"Bakı Metropoliteni"nin sözçüsü Bəxtiyar Məmmədov bildirib ki, hazırda bununla bağlı konkret qərar olmasa da, təhlillər bu gün də aparılır. Onun sözlərinə görə, aparılan təhlillərdə, eləcə də planlaşdırılması nəzərdə tutulan bütün dəyişikliklərdə sərnişin rahatlığı və təhlükəsizliyi prioritet məsələdir.
Bəxtiyar Məmmədov qeyd edib ki, bu günə qədər metroda gediş haqqının ödəmə üsulu ilə bağlı çoxsaylı, eyni zamanda, rəqəmsal texnologiyalara əsaslanan yeniliklər edilib.
O da qeyd olunub ki, bu tarif dəyişikliyi yaxın gələcəyin deyil, qarşıdakı dövrdə Bakı metropoliteninin qarşısında duran əsas vəzifələrdən biridir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












