Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?

Avqustun 15-dən etibarən "Bakı Metropoliteni"nin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılmasından sonra bir sıra stansiyalara gediş məhdudlaşdırılıb.
Avtosfer.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bəzi metro stansiyalarında tətbiq edilən məhdudiyyətlər sərnişin axınının azalmasına, bu isə öz növbəsində Bakı Metropoliteninin gəlirlərinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, yaranan mümkün maliyyə itkisini kompensasiya etmək üçün gələcəkdə metroda gediş haqqının artırılması ehtimalı ola bilər.
Bəs gediş haqqının artırılması gündəmdədirmi?
Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, metroda gediş haqqının tənzimlənməsi ilə bağlı qurumun qərar qəbul etmək səlahiyyəti yoxdur.
Qeyd olunub ki, gediş haqqı üzrə tariflər Tarif (qiymət) Şurası tərəfindən deyil, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə tənzimlənir.
Xatırladaq ki, hazırda Bakı metrosunda gediş haqqı 60 qəpikdir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












