Metrodakı maliyyə nöqsanları aradan qaldırılmayıb - Hesablama Palatası

"Bakı Metropoliteni" QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunması ilə bağlı 2024-cü ildə aparılmış uyğunluq auditi nəticəsində III yeni "Bənövşəyi" xətt üzrə aşkar edilən bir sıra maliyyə və smeta pozuntuları bu günə qədər aradan qaldırılmayıb.
Avtosfer.az bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir.
Audit materiallarına əsasən, "Bənövşəyi" xəttə daxil olan "Xocəsən" elektrik deposunun tikintisi üzrə layihə sənədlərində nəzərdə tutulmayan işlərin smetaya daxil edilməsi nəticəsində yaranmış 272 658,31 manat fərqin icra prosesində azaldılması 2024-cü ildən indiyə qədər təmin edilməyib.
Bununla yanaşı, həmin obyekt üzrə 559 700 manat dəyərində yerinə yetirilmiş işlərə dair smeta sənədlərinin (iş həcmlərində dəyişikliklər) müvafiq qaydada ekspertizadan keçirilməsi də 2024-cü ildən bu günə kimi icra olunmayıb.
Audit zamanı III yeni "Bənövşəyi" xəttə aid "B04" stansiyasının çıxışları üzrə normativ düzəliş əmsallarının düzgün tətbiq edilməməsi, daşınma məsafəsinin faktiki göstəricilərdən artıq göstərilməsi və betonun vahid qiymətinin səhv hesablanması nəticəsində ümumilikdə 255 238,2 manat məbləğində işlərin dəyərinin artırıldığı müəyyən edilib. Bu məbləğin də icra prosesində azaldılması 2024-cü ildən bəri təmin edilməyib.
Hesabatda, həmçinin "B03–B04" mənzil tunelləri və "B04" stansiyası (yolun üst quruluşu və təmas relsi) üzrə normativlərin düzgün tətbiq edilməməsi nəticəsində 1 286 277,3 manat, "B03–B04" stansiyalararası tunellərdə təxliyə keçidləri və "B04" stansiyasının memarlıq hissəsi üzrə 276 016,1 manat, eləcə də "Xocəsən" elektrik deposunda yolun üst quruluşu və təmas relsinin quraşdırılması üzrə 64 661,5 manat məbləğində artırılmış işlərin dəyərinin azaldılmasının 2024-cü ildən bu günədək icra edilmədiyi qeyd olunur.
Auditlə əhatə olunan obyektlər üzrə tikinti-quraşdırma və abadlaşdırma işlərinin layihə-smeta sənədlərindən artıq icra edilməsi ilə bağlı digər obyektlərin də daxili nəzarət qaydasında araşdırılması, smeta sənədlərinə düzəlişlərin edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət olunması tövsiyə edilsə də, bu istiqamətdə də 2024-cü ildən bəri irəliləyiş qeydə alınmayıb.
Qeyd olunan bütün hallar üzrə audit qərarlarının icrası hazırda izlənilmə mərhələsində qalır.
Yeni ehsan növü BELƏ OLACAQ - Ənənəvi yas məclislərinə son - VİDEO
Pensiyalar yenə artacaq? - AÇIQLAMA
Yağış avtomobillərə necə ziyan vurur? - 10 min manatlıq risk - USTA DANIŞDI
Bir qrup şəxsin ailəsinə aylıq 700 MANAT ÖDƏNİLƏCƏK
Yağış yağanda Bakıda həyat niyə iflic olur? - Memar səbəbləri AÇIQLADI
Kartınıza pul köçürüb sizi tələyə salırlar - Dələduzların yeni üsulu
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA
Maaş və pensiyalar yenidən artırılacaq? - AÇIQLAMA
Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı MƏLUMAT YAYDI
Lökbatanda zülmətə qərq olan küçə: “Ayağımızın altını görmürük” - FOTOLAR










