Müdirdən necə maaş artımı istəmək olar? - 9 CAVAB

İş yerlərində bir çox əməkdaş müdirdən necə maaş artırımı istəyəcəyini bilmir. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, türkiyəli bədən dili mütəxəssisi Aşkım Kapışmak maaş artımı mövzusunda işçilərə cəsarətli olmağı tövsiyə edir. O, müdirlərin adətən bu mövzuda olan standart cavablarını sadalayaraq işçilərin onlara necə reaksiya verəcəyini deyib.
Həmin cavabları təqdim edirik:
Müdir: "Şirkət çətin günlərdən keçir".
İşçi: "O çətin günləri asanlaşdıranlardan biri də mənəm".
Nəticə: Böhran bəhanəsini fürsətə çevirə bilərsiniz.
Müdir: "Gördüyün işlərin fərqindəyik, amma büdcəmiz yoxdur".
İşçi: "İşlərimi görməyiniz kifayət etmir, qarşılığını da vermək lazımdır".
Müdir: "Maaşını ötən il artırmışdıq".
İşçi: "O vaxtkı iş yükümlə bugünkü işim eyni deyil".
Müdir: "Artım edə bilmirik, amma çox sağ ol"
İşçi: "Təşəkkür motivasiya, artım isə davamlılıqdır".
Müdir: "Bir az da təcrübə yığmalısan".
İşçi: Təcrübə qazandıqca şirkət də qazanır. Bu da maaşa təsir etməlidir".
Müdir: "Şirkət sənə çox şey qazandırıb".
İşçi: "Mən də şirkətə çox şey qatmışam. Bunun qarşılığı olmalıdır".
Müdir: "Hazırda prioritetimiz şirkəti böyütməkdir".
İşçi: "Mənim əməyim bu böyümənin bir parçasıdır. Qarşılığını görmək də öncəlik olmalıdır".
Müdir: "Bunu gələn il danışarıq".
İşçi: "Mənim işim bu ilə aiddir, gələn ilə yox".
Müdir: "Əvvəlcə şirkətə sadiq olduğunu sübut et".
İşçi: "Sadiq olduğumu hər gün gördüyüm işlərdə sübut edirəm, indi də qarşılığını görmək istəyirəm".
Mütəxəssis deyir ki, bu cavablarla müdirinizi keçmişdən ya da gələcəkdən yox, bu gündən danışmağa məcbur edəcək, həmçinin maaş artımı mövzusunun üstündən keçmələrnə göz yummayacaqsınız.
A.Kapışmakın sözlərinə görə, bu cür cavablar sanki müdirin sizə qarşılıqsız yaxşılıq edir təəssüratını aradan qaldıracaq və ertələnmələrin qarşısını alacaq.
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ











