Naxçıvan şəhərində işığın verilməsində fasilə olacaq

Naxçıvan şəhərində iyunun 5-də "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
Avtosfer.az xəbər verir ki, bununla əlaqədar olaraq 110/35/10 kV-luq Naxçıvan yarımstansiyasından qidalanan 10 kV-luq 5 və 18 nömrəli hava elektrik xətlərində enerji verilişi müvəqqəti dayandırılacaq.
Təmir işlərinin məqsədi yenidənqurma çərçivəsində mövcud yerüstü elektrik xətlərinin yeraltı kabel xətləri ilə əvəz edilməsi, həmçinin yaşayış evlərinin yaxınlığından keçən və mühafizə zonasına düşən xətlərin təhlükəsizliyinin təmin olunmasıdır.
Bu səbəbdən iyunun 5-də saat 13:00-dan 15:00-dək Heydər Əliyev prospekti, Vüqar Qasımov və Afiyyəddin Cəlilov küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığının artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












