Nəqliyyat yükünün bir-iki küçəyə yönəlməsi Bakıda tıxacları artırır – EKSPERT

Ölkədə yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hazırda 25 yol layihəsi icra edir. Onlardan dördündə tikinti işlərinə başlanılıb, bir neçəsində isə yaxın vaxtlarda işlərə start veriləcək.
Avtosfer.az xəbər verir ki, avtomobillərin sayının artması və yollarda sıxlığın çoxalması fonunda bu layihələrin nəqliyyat axınına necə təsir edəcəyi sual doğurur. Xüsusilə də, görülən işlərin tıxac problemini real olaraq azaldıb-azaltmayacağı əsas müzakirələrdəndir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev Avtosfer.az-a açıqlamasında bildirib ki, nəqliyyat sisteminin yenilənməsi baxımından mühüm mərhələ hesab olunur:
“Bu layihələrin bir qismində tikinti işlərinə artıq başlanılması, digərlərində isə yaxın vaxtlarda işlərə start verilməsi onu göstərir ki, proses mərhələli, lakin sistemli şəkildə aparılır. Bu layihələrin tamamlanması ilk növbədə əsas magistral yolların buraxıcılıq qabiliyyətinin artmasına səbəb olacaq. Yeni yol qovşaqları, tunellər, körpülər və alternativ marşrutların yaradılması nəqliyyat axınının daha balanslı şəkildə bölüşdürülməsinə imkan verəcək. Hazırda tıxacların əsas səbəblərindən biri yükün müəyyən əsas küçə və prospektlərin üzərində cəmlənməsidir. İnfrastruktur genişləndikcə sürücülər üçün alternativlər yaranacaq və bu da axının bir mərkəzdə sıxlaşmasının qarşısını alacaq. Digər mühüm təsir yol hərəkətinin fasiləsizliyinin təmin olunması ilə bağlıdır. Svetoforla tənzimlənən kəsişmələrin bir hissəsinin müxtəlif səviyyəli yol qovşaqları ilə əvəzlənməsi avtomobillərin dayanma müddətini azaldacaq. Dayanma və yenidən hərəkətə başlama halları azaldıqca həm vaxt itkisi, həm də yanacaq sərfiyyatı aşağı düşəcək. Bu isə ümumi axının sürətlənməsi deməkdir”.
Ekspert deyib ki, tıxac probleminin real olaraq azalıb-azalmayacağı məsələsinə gəldikdə isə, burada iki mühüm məqamı qeyd etmək lazımdır:
“Qısa və orta müddətli perspektivdə bu layihələrin təsiri müsbət olacaq və sıxlıq hiss olunan ərazilərdə nəzərəçarpacaq rahatlama müşahidə ediləcək. Xüsusilə pik saatlarda hərəkətin daha axıcı olması mümkün olacaq. Lakin uzunmüddətli baxışda yalnız yol tikintisi ilə problemin tam həll olunması real görünmür. Çünki yol infrastrukturu genişləndikcə fərdi avtomobildən istifadə də arta bilər. Bu, beynəlxalq təcrübədə induksiya olunmuş tələbat kimi tanınan effektdir. Yəni yol nə qədər geniş və rahat olarsa, bir o qədər çox sürücü şəxsi avtomobildən istifadə etməyə üstünlük verə bilər və zamanla yeni tıxac nöqtələri yarana bilər. Bu səbəbdən icra olunan yol layihələrinin effektivliyi paralel tədbirlərlə dəstəklənməlidir. İctimai nəqliyyatın cəlbediciliyinin artırılması, avtobus zolaqlarının genişləndirilməsi, ağıllı nəqliyyat sistemlərinin tətbiqi, parklanmanın düzgün tənzimlənməsi və yol hərəkəti mədəniyyətinin yüksəldilməsi bu layihələrin real nəticə verməsində həlledici rol oynayacaq”.
Nurcan Babək
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












