O görüntülərlə bağlı “Qaçqınkom”dan – AÇIQLAMA - FOTO

Məcburi köçkünlərin yaşadığı “Qobu Park” yaşayış kompleksində binaların yararsız vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin kompleksdə yaşayan sakinlərdən birinin iddiasına görə, binalar çox keyfiyyətsiz inşa olunub, 3-cü mərtəbədə yaşasa da, son günlər müşahidə olunan yağıntılı havadan sonra mənzili suyun içərisində qalıb.
Problemlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin mənzillərə dəyən zərər aradan qaldırılacaq:
“Ötən günlərdə paytaxtda qeydə alınan güclü yağışlar nəticəsində Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksində bəzi mənzillərə ziyan dəyib. Məsələ dərhal nəzarətə götürülüb. Zəruri təmir-bərpa işlərinə başlanılıb, ziyan dəymiş bütün mənzillərin mərhələli şəkildə təmiri nəzərdə tutulur”.





İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












