Ölkədə bahalaşma gözlənilir? - RİSKLƏR

Azərbaycan Mərkəzi Bankı bildirib ki, 2026-cı ildə müşahidə olunan son iqtisadi meyillər fonunda ölkə üzrə inflyasiya proqnozuna yenidən baxıla bilər. Qeyd edək ki, Mərkəzi Bankın əvvəlki proqnozuna əsasən, bu il inflyasiyanın təxminən 4 faiz səviyyəsində olacağı gözlənilirdi. Lakin hazırda faktiki inflyasiya göstəricisi 5,6 faiz təşkil edir.
Bu il inflyasiya gözləntisinin artmasına hansı amillər təsir edə bilər?
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, Mərkəzi Bankın 2026-cı il üzrə inflyasiya proqnozunun artırıla biləcəyi ilə bağlı açıqlaması mövcud iqtisadi şəraitdə həm qlobal, həm də daxili risklərin artdığını göstərir:

“Hazırkı meyillər onu deməyə əsas verir ki, inflyasiya təzyiqləri əvvəlki gözləntilərlə müqayisədə çox daha güclü ola bilər. İlk növbədə, inflyasiyaya təsir edən əsas amillərdən biri xarici mühitlə bağlıdır. Qlobal iqtisadiyyatda müşahidə olunan qeyri-müəyyənlik, geosiyasi gərginliklər, enerji və nəqliyyat xərclərinin artması idxal olunan məhsulların qiymətini yüksəldir. Azərbaycan iqtisadiyyatının idxaldan müəyyən asılılığı nəzərə alındıqda, bu faktorlar daxili qiymətlərə birbaşa təsir göstərərək inflyasiyanı sürətləndirir. Belə ki, xarici faktorlar geosiyasi risklər, enerji və logistika xərcləri, idxal qiymətlərinin artmasıdır. Daxili faktorlar isə istehsal və xidmət xərclərinin yüksəlməsi, tarif və əmək haqqı artımları kimi önəmli məsələlərdir. Bundan başqa, makroiqtisadi risklər də var: valyuta məzənnəsinin dəyişkənliyi, qlobal iqtisadi qeyri-müəyyənlik kimi məsələlər də 2026-cı il inflyasiyasına ciddi təsir edəcək”.
İqtisadçı bununla yanaşı, valyuta məzənnəsinin də mühüm rol oynadığını vurğulayıb:
“Manatın məzənnəsində baş verə biləcək dəyişikliklər idxal inflyasiyasının ötürülmə səviyyəsini artırır. Xüsusilə, idxal mallarının bahalaşması istehlak bazarında ümumi qiymət artımına səbəb olur. Daxili amillər də inflyasiya təzyiqlərini gücləndirir. İstehsal xərclərinin artması, o cümlədən enerji, yanacaq və əmək haqqı xərclərinin yüksəlməsi, həmçinin bəzi xidmət və kommunal tariflərdə mümkün dəyişikliklər qiymətlərin artımını şərtləndirir. Eyni zamanda, ərzaq məhsullarının qiymətindəki dəyişikliklər inflyasiyanın formalaşmasında xüsusi çəkiyə malikdir. Qısaca deyim ki, 2026-cı ildə inflyasiya gözləntilərinin artması daha çox idxal inflyasiyası, daxili xərc amilləri və qlobal iqtisadi qeyri-sabitlik fonunda formalaşır. Mövcud şəraitdə inflyasiya risklərinin balanslaşdırılması üçün çevik pul-kredit siyasəti və koordinasiyalı iqtisadi tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
Azərbaycanda yeni sığorta modeli gəlir – Vətəndaşlar nə qazanacaq?
Xəzər geri çəkilir, təhlükə artır: Çimərliklərlə bağlı ciddi xəbərdarlıq
Paytaxta axının qarşısı belə alınacaq - Dövlət Proqramı hazırlanır
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Ödənişsiz avtobusların sayı artırılacaq? – Rəsmi AÇIQLAMA
Qadınların pensiya yaşının artırılması nələrə səbəb olacaq? - SOSİOLOQ
“BakuBus” avtobusunda kondisioner davası: “Yandır!..”, “Yox, söndür!..” - VİDEO
Qaza görə bu rüsum ləğv olundu
Başqasının sürdüyü avtomobilin cəriməsini kim ödəməlidir?
Qızıl, depozit, daşınmaz əmlak: Hansı daha təhlükəsiz və sərfəlidir?
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək










