On manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan MÜHÜM XƏBƏR

Mərkəzi Bank ödəniş terminallarının 10 manatlıq əskinasları qəbul etməməsinə aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, “Mərkəzi Bankı haqqında” qanunun 36.3-cü maddəsinə əsasən, Mərkəzi Bankın buraxdığı bütün pul nişanları ölkə ərazisində nominal dəyəri ilə hər növ ödənişlər zamanı hökmən qəbul edilməli olduğu bildirilib.
Qeyd olunub ki, Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası” Qaydalarına əsasən, banklar tərəfindən istismar olunan nağd pul avadanlıqları – o cümlədən pulsayan, emal edən və qəbul edən (cash-in) avtomatlaşdırılmış qurğular həqiqi milli pul nişanlarını tanımalı, saxta pul nişanlarını isə qəbul etməməlidir.
Mərkəzi Bankdan vurğulanıb ki, kağız milli pul nişanlarının ödəniş terminalları vasitəsilə qəbul olunmaması iki halda mümkün ola bilər:
“Pul nişanı kağız keyfiyyətini itirdikdə, üzərində çirk, ləkə, yapışqan lent və digər yararsızlıq əlamətləri olduqda, yaxud qaydaların tələblərinə uyğun gəlmədikdə və ya həqiqiliyinə dair şübhə yarandıqda;
Ödəniş terminalında texniki nasazlıq və ya proqram təminatı ilə bağlı xəta baş verdikdə.
Terminallar vasitəsilə kağız pul nişanlarının qəbulunda problem yaranarsa, vətəndaşlar avadanlığın yerləşdiyi ünvan və terminalın mülkiyyətçisi olan ödəniş xidməti təchizatçısı barədə məlumatları dəqiq göstərməklə aidiyyəti təşkilata müraciət etməlidirlər”.// “Yeni Sabah”
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR










