Paytaxtın bəzi ərazilərində işıq olmayacaq

İyunun 20-də paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət olacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, buna səbəb Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq 96 saylı yarımstansiyanın 6 kV-luq bölmələrində aparılacaq təmir işləridir.
Məlumata görə, təmir işləri ilə əlaqədar saat 00:30-dan 02:30-dək Nəsimi rayonu üzrə Mirəli Qaşqay, Feyzulla Qasımzadə, Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Hənifə Ələsgərov, Qulu Quliyev, Abbas Səhhət, Hüseyqulu Sarabski və Süleyman Rüstəm küçələrində, həmçinin Vaqif prospektində, Nərimanov rayonu üzrə isə Ceyhun Hacıbəyli və Həsən bəy Əliyev küçələrində, eləcə də Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunması mümkün olacaq.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












