Prezidentdən yeni “YOL XƏRİTƏSİ” – İki paytaxta MÜHÜM mesaj

“Bizim Ermənistan sərhədinə gedən yollarımız – həm dəmir, həm də avtomobil yolu, demək olar ki, tezliklə hazır olacaq. Avtomobil yolunun hazırlığı təxminən 95 faizdir. Dəmir yolunun fiziki hazırlığı 70 faizdir”.
Bu fikirləri Prezident İlham Əliyev yanvarın 6-da yerli televiziya kanallarına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu gün Şimal-Cənub layihəsi deyəndə, ilk növbədə, Rusiya-Azərbaycan-İran, yəni Rəşt-Astara yolu nəzərdə tutulur:
“Bu yol da vacibdir. Ancaq Zəngəzur dəhlizi açılandan sonra sovet vaxtı mövcud olmuş Sovet İttifaqı-İran yolu yenə də bərpa ediləcək. Yəni ki, Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi – bu, Şimal-Cənub marşrutunun ikinci yolu olacaq. Bu, eyni zamanda, Orta Dəhlizin də ikinci yolu olacaq və təbii ki, yükaşırma qabiliyyəti artacaq. Yol Naxçıvandan iki istiqamət üzrə davam edəcək. Bir istiqamət Türkiyə-Avropa, bir istiqamət isə İran, Fars körfəzi və Yaxın Şərq. Qeyd etdiyim kimi, bunun əsas, necə deyərlər, istiqamətverici tərəfi də biz olacağıq. Yüklər Azərbaycanda cəmləşəcək və Azərbaycandan müxtəlif istiqamətlərə gedəcək. Ona görə də Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir”.
Prezidentin açıqladığı Orta Dəhlizin ikinci yolu bölgəyə nə vəd edir? Bu, Zəngəzur dəhlizi mövzusunda Rusiya və İranı da sakitləşdirəcəkmi?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Zəngəzur dəhlizi açılandan sonra sovet vaxtı mövcud olmuş Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi yolunun da açılacağına şübhə yoxdur:
“Bu, Şimal-Cənub marşrutunun ikinci yolu olacaq. Bu, eyni zamanda, Orta dəhlizin də ikinci yolu olacaq. Zəngəzur dəhlizi üzərindən Rusiya–Bakı–Ağbənd–Ermənistan–Naxçıvan–Culfa–İran–Fars körfəzi xəttinin bərpası təkcə texniki-nəqliyyat layihəsi deyil, bölgənin geosiyasi və geoiqtisadi xəritəsini dəyişən çoxşaxəli marşrutdur. Bu yol bölgəyə çox böyük əlavə dividendlər vəd edir. Şimal–Cənub marşrutunun ikinci xəttinin yaranması ilə Orta dəhliz alternativ və paralel marşrut qazanacaq və nəticədə yükaşırma qabiliyyəti əhəmiyyətli dərəcədə artacaq”.
Deputatın fikrincə, bu, vaxt və xərclərin azalmasına, xüsusən də Rusiya–İran–Hindistan xəttində azalmasına gətirib çıxaracaq, Azərbaycan isə regionun əsas logistika qovşağına çevriləcək, tranzit gəlirləri, logistika, dəmir yolu, gömrük sektorunda artım olacaq: “Bakı–Ağbənd xətti regional “can damarı” rolunu oynayacaq. Bu yol Rusiya üçün qazanclar gətirəcək. Qərb sanksiyaları fonunda Rusiya alternativ çıxış yolları əldə edə biləcək. İran üzərindən Fars körfəzi və Hind okeanına çıxış imkanı qazanacaq. İranın da sözügedən marşrutdan dividendləri kifayət qədər olacaq. İlk növbədə İranın tranzit ölkə kimi mövqeyi möhkəmlənəcək. İran bu yol vasitəsilə Rusiya və Avrasiya bazarlarına birbaşa çıxış əldə edəcək, Fars körfəzi limanları aktivləşəcək. Bütün bunlar İrana sanksiya şəraitində yeni iqtisadi nəfəslik deməkdir”.
Deputat qeyd edib ki, bütün gözlənilən bu üstünlüklər Zəngəzur dəhlizi mövzusunda Rusiya və İranın narahatlıqlarını aradan qaldırmalıdır: “Gözlənilən dividendləri düzgün təhlil edib nəticəyə gəlsələr ən azından qismən də ola rahatlanmalıdırlar”./musavat
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












