Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikası, yoxsa mentalitetin?

Azərbaycan qadını sükanı rahatlıqla əldə etməyib. Sükan arxasına keçmək üçün uzun müddət mübarizə aparıb. Amma istəyinə çatsa da, əkc cinsin təfəkkürünü dəyişə bilməyib. Çünki günümüzdə hələ də sükan arxasındakı qadın – kişilərin gözündə badəyə sarılmış ilan kimi görünür. Üstəlik, bu kişilər arasında kifayət qədər savadlı, müasir olanları da var ki, “qadın sürücü” başlığını harda gördü basdırılmış nifrətini azadlığa buraxacaqlar. Halbuki insanın cinsi yox, davranışı və diqqətsizliyi qəza yaradır. Amma sosial şəbəkələrə baxanda elə təəssürat yaranır ki, hər yol problemi qadın sürücülərin səbəbindən baş verir.
Bəs bu münasibətin arxasında həqiqətən statistika dayanır, yoxsa illərlə formalaşmış stereotiplər və emosional reaksiyalar?
Avtosfer.az-ın "Bizim.Media"ya istinadən məlumatına görə, sosioloqlar deyir ki, son iki amil fikirlərin formalaşmasında rol oynayır. Burada statistikanın cüzi payı var, o da “qadınlar park edə bilmir" qənaətidir. Amma bu məsələ təcrübəsizlikdən çox yüksək ehtiyatlılıqdan qaynaqlanır. Kişilər idarəetmə və parklanmada bəzən yersiz cəsarət nümayiş etdirirlər.
Qəzalara gəlincə, ölkədə kişilər ümumilikdə daha çox ağır yol-nəqliyyat hadisələri törədir, çünki maşını daha yüksək sürətlə idarə edir və riskli davranışlara (məsələn, sərxoş vəziyyətdə və narkotik maddələrin təsiri altında sürmə) daha çox meyl göstərirlər. Buna görə ölümcül qəzalarda kişilərin payı adətən daha yüksək olur.
Bununla belə, bir çox yerlərdə cinsə əsaslanan xəbərlər qabardılır. Burada elə ən böyük yanlışı media edir. “Qadın sürücü qəza törətdi” başlığı ilə verilən xəbərlər çox oxunma gətirdiyi üçün bu rahat üsula demək olar ki, bütün media qurumları əl atır. Halbuki “Jurnalistlərin etik davranışı” qaydalarında cinsi ayrı-seçkilik qadağandır.
Qadınların hədəf alınması təkcə sosioloji problem deyil, həm də psixolojidir. Yuxarıda qeyd etdiyimiz stereotiplər oxşar hadisələrin beyinə ilişib qalmasından qaynaqlanır.
Məsələn, bir qadının etdiyi sürücülük səhvi “qadın sürücüdür də” deyə yadda qalır, amma eyni səhvi edən kişiyə əhəmiyyət verilmir. Psixologiyada buna təsdiqləmə meyli deyilir. Əslində şüuraltı özləri də dərk edirlər ki, cins sürücünün bacarığını göstərmir. Təcrübə, sürücülük vərdişləri, diqqət insanın necə sürücü olduğunu müəyyən edir...
"Yayda toz-torpaq, qışda isə palçıq" - Sakinlərin yol dərdi - VİDEO
Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR
Marketlərdə sellofan paketlərin qiyməti niyə artırılıb? - RƏSMİ
Yeni binalardan ev alanları "şoka salan" qaraj qiymətləri - SƏBƏB
Bakıda avtobus qiymətləri yenidən artacaq? – MÜHÜM AÇIQLAMA
Bəzi şəxslərə ictimai nəqliyyatda ödənişin 10 faizi geri qaytarılacaq - VİDEO
Gömrükdə böyük güzəşt: Yanvarın 1-dən...
Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi mənzildən pay tələb edə bilər?
Bakıda bu taksilər qiyməti artırdı
Dövlət qurumlarına müraciət qaydaları dəyişir: Artıq hər addım izlənəcək
İtin parçaladığı burun bərpa edildi - Azərbaycanda unikal əməliyyat - FOTO - VİDEO










