Qaydalar TƏSDİQLƏNDİ: 1 sentyabr 2026-cı il tarixindən qüvvəyə minəcək

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 07.07.2026-cı il tarixli 30/2 nömrəli Qərarı ilə “Banklarda korporativ idarəetmə Standartları”, “Sığortaçılarda korporativ idarəetmə Standartları”, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları” və “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nda dəyişikliklər təsdiq edilib.
Avtosfer.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Dəyişikliklərə əsasən, maliyyə institutlarında müştəri şikayətlərinə baxılması üzrə müstəqil funksiyanın yaradılması nəzərdə tutulur. Bu funksiya maliyyə institutunun fəaliyyət miqyasına uyğun olaraq ayrıca struktur bölmə və ya məsul şəxs tərəfindən icra oluna bilər. Sözügedən dəyişikliyin məqsədi müştəri hüquqlarının qorunması, şikayətlərin qanunvericiliyə uyğun, obyektiv və operativ araşdırılması, şikayətlər üzrə uçot və təhlillərin aparılması, habelə müştəri müraciətləri əsasında daxili proseslərin təkmilləşdirilməsidir. Maliyyə institutları bu funksiyanın effektiv fəaliyyəti üçün zəruri resursları, məlumatlara çıxış imkanlarını və əməkdaşların mütəmadi inkişaf fəaliyyətlərinə cəlb edilməsini təmin etməlidirlər.
Bundan əlavə dəyişikliklər çərçivəsində maliyyə institutlarında etik davranış qaydalarının əhatə dairəsi genişləndirilir və onlara nəzarət mexanizmləri gücləndirilir. Belə ki, etik davranış qaydaları maliyyə institutunun rəhbər və işçi heyəti üçün davranış standartlarını, reputasiya risklərinin qarşısının alınmasını, maraqlar münaqişəsinin idarə edilməsini, şəffaflıq, dürüstlük, müştərilərlə ədalətli rəftar və digər vacib prinsipləri əhatə etməlidir.
Dəyişikliklər istehlakçıların hüquqlarının qorunması səviyyəsinin, maliyyə institutlarında etik davranış prinsiplərinin, müştəriyönümlü yanaşmanın, həmçinin maliyyə sektoruna ictimai etimadın artırılmasına töhfə verəcək.
Dəyişikliklər 1 sentyabr 2026-cı il tarixindən qüvvəyə minəcək.
Təsdiq olunmuş dəyişiklikləri keçid vasitəsilə nəzərdən keçirmək mümkündür.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












