Radiasiya həqiqətən xərçəng yaradır, yoxsa bu uydurulmuş mifdir?

Radiasiyanın insan sağlamlığına təsiri uzun illərdir həm elm, həm də cəmiyyət üçün aktual mövzulardan biridir. Xüsusilə, son dövrlərdə texnoloji inkişaf, tibbi prosedurlar və müxtəlif sənaye sahələrində radiasiya ilə təmasın artması bu məsələyə marağı daha da yüksəldib.
Bəs radiasiya insan orqanizminə necə təsir edir və həqiqətən də xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, radiasiyanın insan sağlamlığına təsiri birbaşa məruz qalınan doza ilə bağlıdır.
“Müəyyən həddə qədər olan radiasiya dozası orqanizmdə geri dönə bilən proseslər yaradır.
Radiasiya DNT-ni zədələmə qabiliyyətinə malikdir və bu da xərçəng xəstəliklərinin yaranmasına gətirib çıxara bilər. Əgər insan 100 millizivertdən (mSv) yüksək radiasiya dozasına məruz qalarsa, bu zaman xərçəngin yaranması üçün ciddi zəmin formalaşır. Daha aşağı dozalar isə adətən təhlükəli hesab edilmir”.
Ekspert vurğulayıb ki, xüsusilə uzun müddət radiasiyaya məruz qalmaq daha böyük riskdir.
“Bu halda hüceyrə strukturlarında pozulmalar baş verir, nəticədə şiş hüceyrələri əmələ gəlir. Uzunmüddətli təsir zamanı onkoloji proseslərin yaranma ehtimalı artır. Bu səbəbdən radiasiya ilə işləyən şəxslərə qoruyucu tədbirlərə ciddi əməl etmək tövsiyə olunur”.
F.Museyibov əlavə edib ki, radiasiya yalnız zərərli deyil, tibbdə müalicə məqsədilə də istifadə olunur. Xüsusilə şüa terapiyası xərçəngin müalicəsində geniş tətbiq edilir:
“Şüa müalicəsində əsas məqsəd şiş hüceyrələrini məhv etməkdir. Bu zaman radiasiyanın dozası, verilmə müddəti və şişin yerləşdiyi nahiyə dəqiq hesablanır. Müalicə prosesi tam nəzarət altında aparılır ki, sağlam toxumalara minimal zərər dəysin”.
Mütəxəssis sonda qeyd edib ki, radiasiya ilə təmasda olan şəxslər təhlükəsizlik qaydalarına əməl etməli, uzunmüddətli və nəzarətsiz təsirdən uzaq durmalıdırlar.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












