Ramazan günlərində qida təhlükəsizliyi - Nəyə diqqət edək?- Ekspertlər AÇIQLADI

Bir çox insan oruc tutaraq Ramazan ayını tamamlayır. Lakin bayram süfrələri, iftar və sahur mərasimləri zamanı insanlar tez-tez diqqət etməli olduqları məqamlara əməl etmirlər. Həddindən artıq qida qəbulu, müxtəlif qidaların qarışdırılması və düzgün saxlanmayan yeməklər mədə-bağırsaq problemlərinə, hətta qida zəhərlənməsinə səbəb ola bilər. Bu səbəbdən, həm sağlamlığın qorunması, həm də bayramın rahat keçirilməsi üçün qidalanma rejimi və qida təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirmək vacibdir.

Bununla bağlı tibbi ekspert həkim Adil Qeybulla Avtosfer.az-a açıqlamasında bildirib ki, oruc tutmaq özü sağlam insan üçün problem yaratmaya bilər, lakin iftar zamanı nəzarətsiz və həddindən artıq qidalanma mədə-bağırsaq sistemini ciddi şəkildə yükləyərək müxtəlif fəsadlara səbəb ola bilər.
“Ramazan ayında insanlar günün böyük bir hissəsini ac və susuz keçirir, axşam isə iftar zamanı qısa müddətdə çoxlu və müxtəlif qidalar qəbul etməyə meylli olurlar. Bu isə qidalanma rejiminin pozulmasına və həzm sisteminin həddindən artıq yüklənməsinə səbəb ola bilər. İftar zamanı qısa müddətdə çoxlu, xüsusilə də yağlı, qızardılmış və şəkərli qidaların qəbulu mədə-bağırsaq traktını birdən-birə “ekstremal rejimə” salır. Bu isə köp, qıcqırma, reflüks, ürəkbulanma, qəbizlik və ya ishal kimi problemlərə yol aça bilər. İftar mərhələli şəkildə açılmalıdır. Bunu sistemləşdirmək lazımdır”.

Qida mütəxəssisi Seymur Qafarovun sözlərinə görə, Ramazan günlərində insanlar iftar sonrası qidalanmada qida risklərinin yaranmaması üçün bir sıra məqamlara diqqət yetirməlidir:
“Bunlardan ən vacibi iftardan sonra birbaşa həddindən artıq maye qəbul edilməsidir. İlk öncə sulu yemək, ilkin olaraq şorba qəbul olunmalı, ondan sonra əsas yemək, daha sonra isə çay vasitəsilə müəyyən az miqdarda şirniyyat qəbul edilə bilər. Sonra bir müddət fasilə verərək meyvə qəbul etmək tövsiyə olunur. Artıq yüklənmiş mədənin üzərinə desert və meyvə dərhal əlavə olunarsa, həzm olunmamış qidalar mədədə ağırlıq yaradır və diskomfort, hətta köpə səbəb ola bilər. Eyni zamanda müxtəlif seçilmiş qidaların bir-birinə qarışdırılması insanlarda ürəkbulanma, qusma və ishal hallarına gətirib çıxara bilər. Hətta mənşəyi məlum olmayan ət məhsullarından hazırlanmış qidalarda qida zəhərlənməsi riski də yaranır. Buna görə də yeməklər mərhələli şəkildə qəbul edilməli, əsasən yüngül qidalara üstünlük verilməlidir. Orucluq aylarının ilk həftələrində orqanizm buna öyrəşdikdən sonra, yəni 5-6-cı gündən etibarən müəyyən stabil qida rasionu tətbiq oluna bilər”.
Mütəxəssis deyib ki, qidaların çatdırılmasında da diqqətli olmaq lazımdır. Çatdırılan yeməklər iftar üçün mütləq 60 dərəcə selsi temperaturundan yuxarıda olmalıdır. Əks halda saxlanmış qidalar təhlükə yarada bilər və qida zəhərlənməsi riskini artırır. Ağır qidalar bir-biri ilə qarışdırılmamalıdır.
Nurcan Babək
Məktəblərin sinif otaqlarına kamera quraşdırılması mümkündür – Ekspert səbəbləri AÇIQLADI
Sərnişinlərin diqqətinə: Bakı metropoliteni təmir işlərini başa çatdırdı - VİDEO
Qadına köksən, gözəl deyilsən demək qanunsuzluq sayılacaq - Azərbaycanda yeni QANUN
İctimai nəqliyyatda bu şəxslərə güzəşt: Hökumətə TƏKLİF VERİLDİ
Bakı metrosu ilə bağlı yenilik gözlənilir: interval və vaqonlar…
Bakıda sakinləri təngə gətirən yol problemi - Müraciətimizə baxan yoxdur - VİDEO
Taksi sürücüsü sizi yarı yolda düşürə bilərmi? – AÇIQLAMA - VİDEO
Yardım adı altında kart və şəxsi məlumatlar ələ keçirilir - ƏHALİYƏ XƏBƏRDARLIQ - VİDEO
Sumqayıtda ağacları günün günorta çağı yoxa çıxartdılar - FOTO
“Sehrli qələm”dən istifadə edənlərin imtahan nəticələri ləğv edilə bilər – TƏHSİL EKSPERTİ
Bu il 23 min tələbə magistr adı qazanmaq uğrunda mübarizə aparacaq – EKSPERT









