Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ!

Rusiya prezidenti Vladimir Putin miqrasiya sahəsində dövlət rüsumlarının kəskin şəkildə artırılmasını nəzərdə tutan qanunu imzalayıb. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, yeni qanuna əsasən, Rusiya vətəndaşlığına qəbul və vətəndaşlıqdan çıxmaq üçün dövlət rüsumu 4 200 rubldan qəfil 50 min rubla (təxminən 1090 manat) qaldırılıb.
Yaşayış icazəsinin verilməsi üçün rüsum isə 6 min rubldan 30 min rubla (654 manat) yüksəldilib.
Sənədin itirilməsi, korlanması və ya oğurlanması ilə əlaqədar müvəqqəti yaşayış icazəsinin yenidən verilməsi üçün rüsum 5 min rubl (109 manat), yaşayış icazəsinin dəyişdirilməsi üçün isə 6 min rubl (131 manat) müəyyən edilib.
Ölkəyə giriş üçün dəvətnamənin rüsumu hər dəvət olunan şəxs üçün 960 rubldan 8 min rubla (174 manat) qaldırılıb.
Rusiyaya giriş-çıxış vizalarının qiyməti 1 200 rubldan 2 min rubla (44 manat), çoxdəfəlik vizalar üçün isə 1 920 rubldan 6 min rubla (131 manat) yüksəlib.
Müvəqqəti yaşayış icazəsinin (RVP) verilməsi üçün rüsum 1 920 rubldan 15 min rubla (327 manat) qədər artırılıb.
Təhsil almaq məqsədilə ölkəyə giriş rüsumu 1 920 rubldan 8 min rubla (174 manat), xarici işçilərin cəlb edilməsi üçün icazə rüsumu isə 12 min rubldan 15 min rubla (327 manat) qaldırılıb.
Yeni qanunla bəzi güzəştlər də tətbiq edilib. Belə ki, prezidentin fərmanı ilə Rusiya üçün xüsusi əhəmiyyət kəsb etdiyi qəbul edilən xarici mütəxəssislər, elm və mədəniyyət xadimləri, həmçinin onların ailə üzvləri müvəqqəti və ya daimi yaşayış icazəsi rüsumundan azad olunurlar.
Bundan əlavə, Ukrayna ilə müharibə dövründə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan xarici vətəndaşlar üçün Rusiya vətəndaşlığının verilməsi tamamilə ödənişsiz olacaq.
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












