Sabah məhərrəm ayı başlayır

Sabah Azərbaycanda Məhərrəm ayı başlayır. Avtosfer.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən, iyunun 16-dan etibarən ölkə ərazisində Məhərrəm ayının ilk günü qeyd olunur. Qurumun Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin müraciətində bildirilib ki, Məhərrəm və Səfər ayları ərzində keçirilən təziyə mərasimləri zamanı dinə uyğun olmayan davranışlardan, xüsusilə bədənə xəsarət yetirilməsi və özünə zərər verilməsi kimi hallardan çəkinmək tövsiyə olunur. Həmçinin qeyd edilib ki, dini mərasimlər yalnız məscid və ziyarətgahlarda, mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməlidir. Küçə yürüşləri, ictimai asayişi pozan hərəkətlər və dövlət simvollarına uyğun olmayan halların yolverilməz olduğu vurğulanıb. Məlumata görə, Aşura günü 25 iyun 2026-cı ilə təsadüf edir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












