Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
"Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyun 10-da Yasamal və Nizami rayonlarında elektrik şəbəkəsində təmir işləri həyata keçiriləcək. Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) aparılacaq təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Zahid Xəlilov, Əbdürrəhim bəy Haqverdiyev küçələri, Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Kamil Balakişiyev, Əlif Hacıyev, Azər Manafov küçələri, Qara Qarayev prospektinin bəzi hissələrini əhatə edəcək. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq" , - məlumatda qeyd olunub.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












