Satıcı üstü yazılı pulu götürmürsə, nə etməliyik? - RƏSMİ AÇIQLAMA

Gündəlik həyatımızda alış-veriş zamanı əlimizə keçən kağız pulların üzərində müxtəlif yazılar, qeydlər və ya imzalarla rastlaşmaq artıq adi hala çevrilib. Bəzən bu cür əskinasları bizə qaytarırlar, lakin növbəti alış-verişdə mağaza və ya digər təsərrüfat subyektləri həmin pulları qəbul etməkdən imtina edir. Satıcılar bunu pulun “zədələnmiş” olması ilə əsaslandırır, alıcı isə qanuni ödəniş vasitəsinin niyə qəbul edilmədiyini anlamır və çətin vəziyyətdə qalır.
Nəticədə vətəndaş sual qarşısında qalır: üzərində yazı olan pul həqiqətən etibarsız sayılırmı? Sahibkarın onu götürməmək hüququ varmı? Belə hallarda insanlar hara müraciət etməli və hansı addımı atmalıdır?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az Mərkəzi Banka sorğu ünvanladı. Sorğumuza cavab olaraq bildirildi ki, tədavülə yararsız hala düşmüş, üzərində yazı, ləkə və ya digər işarələr qeyd olunmuş pul nişanları ilə qarşılaşmaq mümkündür:
"Bu kimi hallarda pul nişanlarının tədavülə yararlı olub-olmaması məsələsi qüvvədə olan hüquqi aktlarla tənzimlənir. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları” ilə müəyyən edilmiş yararsızlıq əlamətlərindən - vizual olaraq gözə çarpan yazı, üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, ləkə, üzəri yapışqanlı lentlə birləşdirilmiş, eləcə də mühafizə elementlərindən hər hansı biri zədələnmiş və ya aşınmış və s. hər hansı birinə malik olan pul nişanı tədavülə yararsız hesab olunur. Diqqətinizə çatdırırıq ki, sizin təqdim etdiyiniz şəkildə qeyd olunan milli pul nişanı mövcud qaydaların tələblərinə uyğun olaraq (vizual olaraq gözə çarpan yazı olduğuna görə) yararsız pul nişanı kimi qiymətləndirilir. Bu səbəbdən təsərrüfat subyektləri tərəfindən (o cümlədən ticarət obyektlərinin) həmin pul nişanının qəbul edilməməsi qanunvericiliyin tələblərinə uyğundur".
Həmçinin qeyd edildi ki, bu halda vətəndaşlar yuxarıda qeyd olunan Qaydalara uyğun olaraq milli pul nişanlarının dəyişdirilməsi məqsədilə Mərkəzi Bankın ərazi idarələrinə, eləcə də ölkə ərazisində fəaliyyət göstərən banklara, xarici bankların yerli filiallarına, habelə poçt rabitəsinin milli operatoruna müraciət edə bilərlər:
"Müraciət edilən pul nişanı “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nın müvafiq tələblərinə uyğun olduğu halda nominal dəyəri ödənilir. Əlavə olaraq bildiririk ki, milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı xidmət 02 mart 2026-cı il tarixindən etibarən operator bankların (“Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC) ölkə ərazisində fəaliyyət göstərən filial və şöbələri tərəfindən ödənişsiz əsasda həyata keçiriləcəkdir".
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ








