Sayğaca yüklənən pul "yoxa çıxır"? - "Azərişıq"dan abonentlərə cavab - VİDEO

Gəncədə və ölkənin müxtəlif bölgələrində elektrik sayğaclarına yüklənən vəsaitin tam oturmaması və balansdan əlavə məbləğlərin çıxılması sakinlərin narazılığına səbəb olub. Vətəndaşlar iddia edirlər ki, karta yüklədikləri məbləğlə sayğacda görünən vəsait arasında uyğunsuzluq yaranır.
Avtosfer.az ATV-yə istinadla xəbər verir ki, şikayətçilərin sözlərinə görə, əvvəlcədən ödənişli (smart) sayğac istifadə etmələrinə baxmayaraq, hər dəfə balans artırılarkən müəyyən məbləğ tutulur:
"10 manat yükləyirik, 2-3 manat dərhal silinir. Qaynar xəttə müraciət edəndə borc olduğunu deyirlər. Amma biz anlamırıq ki, əvvəlcədən ödənişli sistemdə borc necə yarana bilər?"
Bəzi abonentlər isə işıq sönərkən götürdükləri kreditin ödənişindən sonra da əlavə tutulmaların davam etdiyini bildirirlər.
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, tutulmaların əsas səbəbi 2026-cı ilin yanvarından etibarən tətbiq edilən sabit tariflərlə bağlıdır. Qurumun məlumatına görə, proqram təminatındakı təkmilləşdirmələr səbəbindən yanvar ayının sabit tarif ödənişi fevral hesabatı ilə üst-üstə düşüb.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












