“Sehrli qələm”dən istifadə edənlərin imtahan nəticələri ləğv edilə bilər – TƏHSİL EKSPERTİ

Son günlər sosial şəbəkələrdə sehrli qələm kimi təqdim olunan və əsasən imtahan iştirakçılarını hədəf alan müxtəlif vasitələrin satışı ilə bağlı elanlar yayılıb. Bu qələmlər adi yazı alətinə bənzəsə də, onları digərlərindən fərqləndirən əsas məqam içərisində gizlədilmiş xüsusi mexanizmin olmasıdır.
Avtosfer.az xəbər verir ki, həmin mexanizm vasitəsilə istifadəçi əvvəlcədən yerləşdirilmiş xırda kağız parçalarını və ya müəyyən məlumatları qələmin daxilindən çıxarıb istifadə edə bilir. Bəzi hallarda isə qələm içərisində çox incə formada çap olunmuş informasiyanın yerləşdirildiyi iddia edilir. Məhsul sosial şəbəkələrdə “imtahanda rahatlıq”, “asan yol”, “köçürmək üçün ideal vasitə” kimi cəlbedici və aldadıcı şüarlarla reklam olunur.
Bu cür vasitələrin həm etik, həm də hüquqi baxımdan ciddi problemlər yarada bilər.

Məsələ ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Avtosfer.az-a açıqlamasında bildirib ki, bu cür vasitələr qanunsuz hesab olunur.
“Bu qələmlər fərqli formalarda təqdim olunur. Bəzilərində mexanizm elə qurulub ki, qələmi çəkdikdə içərisindən kağız açılır və həmin kağızın hər iki üzünə müxtəlif düsturlar, terminlər və ya məlumatlar yazmaq mümkün olur. Daha sonra isə imtahan zamanı bu məlumatlardan istifadə etmək olur. İmtahan iştirakçılarına belə alətlərdən istifadə etməmələri tövsiyə edilir. Çünki gələcəkdə bunun nəticəsi olaraq imtahan nəticələri ləğv oluna bilər. Xüsusilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda nəzarət mexanizmləri kifayət qədər güclüdür və bu kimi vasitələrin effektiv olacağı düşünülməməlidir. Bu tip qələmlər daha çox universitetlərin semestr imtahanlarında istifadə olunmağa da cəhd edilə bilər. Çünki bəzi hallarda universitetlərdə sualların sayı və mövzular daha məhdud olur və müəyyən köməkçi vasitə kimi istifadə edilə bilər. Lakin nəticə etibarilə bu, ədalətli təhsil mühitinə zərər vurur və digər tələbələrin hüquqlarını pozur. Əgər biz təhsildə bərabərlik və ədalət prinsipinin qorunmasını istəyiriksə, bu məsələdə həm tələbələr, həm abituriyentlər, həm də valideynlər məsuliyyətli olmalıdırlar. Ola bilər ki, hansısa şagird və ya tələbə bu vasitədən istifadə etməyə meyilli olsun. Lakin valideynlər şüurlu şəkildə dərk etməlidirlər ki, bu, övladları üçün ciddi mənfi nəticələr yarada bilər. İmtahanda köçürmə halı aşkar olunarsa, nəticələr avtomatik olaraq ləğv edilir. Hətta elə hallar var ki, buraxılış imtahanı və birinci blok uğurla verilsə belə, sonuncu mərhələdə qayda pozuntusu aşkarlanarsa, bütün nəticələr sıfırlanır və iştirakçı qəbul hüququnu itirir. Bu qayda həm buraxılış, həm də blok imtahanlarına aiddir.
Ekspertin sözlərinə görə, imtahan prosedurunu pozan, ədalət mexanizminə təsir göstərən və ya sualların cavabını tapmaqda kömək edən hər hansı texniki vasitədən istifadə qəti qadağandır:
“Xüsusi proqram təminatları və nəzarət sistemləri vasitəsilə köçürmə halları sonradan da aşkar edilə bilər. Bu isə təkcə bir nəfərin deyil, bəzən bütün auditoriyanın nəticələrinin ləğv olunmasına səbəb ola bilər. Universitetlərdə də oxşar nəzarət və kamera sistemləri mövcuddur və qayda pozuntusu aşkarlanarsa, tələbənin nəticəsi ləğv edilir. Köçürmə hallarına yol vermək və ya qanunsuz texniki vasitələrdən istifadə etmək həm inzibati, həm də daha ağır hallarda hüquqi məsuliyyət yarada bilər. Qanunsuz vasitələrin satışı və dövriyyəsini təşkil edən şəxslər də məsuliyyət daşıyırlar. Qanunu bilməmək isə məsuliyyətdən azad etmir. İmtahan açıq və şəffaf mexanizmdir”.
Nurcan Babək
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ










