Sərnişin avtobuslarında tutacaqlar niyə ləğv edilib? - ŞİKAYƏT

Bakıda 125 nömrəli xətt üzrə hərəkət edən avtobuslarda tutacaqların ləğv edilməsi, sərnişinlərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu hal ayaqüstü gedən sərnişinlər üçün çətinlik yaradıb.
"Səhər və axşam avtobusda hədsiz sıxlıq olur. Tutacaqları ləğv ediblər, adam bilmir ki, nədən yapışsın. Hər dəfə sürücü əyləci basanda yıxılmamaq üçün az qala mübarizə aparmalı oluruq", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib.
"BakuBus" MMC-nin istismarında olan 125 nömrəli müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərən bəzi avtobuslarda sərnişin tutacaqlarının qırılması halları aşkar olunub. Bununla bağlı avtobuslara texniki xidmət göstərən şirkətə rəsmi qaydada xəbərdar edilib və tutacaqların bərpası istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılıb.
"BakuBus" MMC olaraq qeyd edirik ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı bizim üçün əsas prioritetlərdəndir. Bu məqsədlə avtobuslarda təhlükəsizliklə bağlı qaydalara və texniki tələblərə xüsusi diqqət yetirilir, məsələ ilə əlaqədar mütəmadi monitorinqlər aparılır. Eyni zamanda, sərnişinlərin ictimai nəqliyyatdan düzgün istifadə etməsi ilə bağlı maarifləndirici tədbirlər və sosial media üzərindən məlumatlandırıcı paylaşımlar davamlı şəkildə həyata keçirilir.
Sərnişinlərimizin nəzərinə çatdırmaq istərdik ki, bu kimi hallarla üzləşdikdə "BakuBus" MMC-nin rəsmi sosial media platformalarına və ya [email protected] imeyl ünvanına məlumat vermələri xahiş olunur", - deyə Ə.Əliyeva qeyd edib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












