Sərnişinlərə “Bakıkart” terminalları ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Həm marşrutlarda, həm də metroda ödənişlər “Bakıkart” vasitəsilə həyata keçirilir. Düzdür, bank hesabları vasitəsilə “QR kod”-la ödəniş mümkün olsa da, bu zaman texniki problemlər yarana bilir.
Buna görə də “Bakıkart” aparatlarının hər yerdə əlçatan olması sərnişinlər üçün önəmlidir.
Ancaq bu terminallar yalnız metrolarda və metro girişlərinə yaxın ərazilərdə olur.
Bəs nə üçün dayanacaqlara yaxın quraşdırılmır?
Avtosfer.az xəbər verir ki, Bizim.Media mövzuyla əlaqədar “Bakıkart”-a sorğu ünvanlayıb. “Bakıkart”-ın müştəri xidmətləri üzrə baş mütəxəssisi Mehriban Əhmədova ilk olaraq, terminalların nə üçün sadəcə metrolarda quraşdırıldığına aydınlıq gətirib:
“"Bakıkart" ödəniş terminallarının əksəriyyəti Bakı Metropoliteninin stansiyalarında yerləşdirilmişdi. Bu, sözügedən məntəqələrin şəhərdaxili nəqliyyat dəhlizlərinin əsas kəsişmə nöqtələri olması, sərnişin axınının burada daha yüksək səviyyədə müşahidə olunması və ödəniş infrastrukturuna olan tələbatın daha çox olması ilə əlaqədardır”.
“Dayanacaqlarda da Bakıkart terminalları quraşdırılacaq”.
“Vətəndaşlardan daxil olan müraciətlər və mövcud ehtiyac nəzərə alınaraq, dayanacaqlarda ödəmə terminallarının yerləşdirilməsinin genişləndirilməsi istiqamətində mütəmadi işlər aparılır. Bu proses çərçivəsində yeni terminalların quraşdırılması, həmçinin mövcud şəbəkənin təkmilləşdirilməsi planlaşdırılır”, - deyə Mehriban Əhmədova açıqlayıb.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












