Sərnişinləri çətin vəziyyətə salan marşrut xətti – Dayanacaqlarda niyə saxlamırlar?

Son günlər Bakının Qala-Ramana istiqamətindən “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən 204 nömrəli avtobus sərnişinlər üçün əlçatmaz hala gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə Bizim.Media-ya sərnişinlər şikayət ünvanlayıb. Dediklərinə görə hər gün səhər saatlarında avtobusda sərnişinlərin çoxluğundan asılı olmayaraq, sürücü dayanacaqda saxlamadan hərəkət edir. Xüsusilə, 2 aprel küçəsindəki dayanacaqda eyni hal hər gün təkrarlanır. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma şikayət edilsə də, problem həll olunmur.
Bəs, avtobus sürücüləri hansı hallarda dayanacaqda saxlamaya bilər? Avtobusda sərnişin az olmasına rəğmən, sürücü dayancaqda saxlamırsa, onun üçün hansı cəzalar var?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, marşrut avtobusları tərtib olunmuş hərəkət sxemi üzrə fəaliyyət göstərir və onlar xətt üzrə təyin olunmuş dayanacaq məntəqələrində saxlamalıdır:
“Mütəmadi olaraq marşrut avtobuslarının daşıyıcılarına sürücülərin sərnişindaşıma qaydalarına əməl edilmələrinə nəzarətin gücləndirilməsi, marşrutun hərəkət sxemi üzrə təyin olunmuş dayanacaq məntəqələrində dayanmalarının vacibliyi vurğulanır. Sərnişinlərdən belə hallarla rastlaşdığı təqdirdə AYNA-nın “141” Çağrı Mərkəzinə və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur”.
Məlumat üçün bildirək ki, avtobus sürücülərinin dayanacaqlarda saxlamaması inzibati qaydaları pozmaq kimi qiymətləndirilir və Azərbaycanda bu vəziyyət inzibati məsuliyyətlə tənzimlənir.
Məsələn, sərnişin daşıyan nəqliyyat vasitələrinin dayancaqda saxlamaması Yol Hərəkəti Qaydalarının pozulması kimi qiymətləndirilir. Cərimə məbləği avtobusun növünə və qanun pozuntusunun təkrarlanmasına görə dəyişir. Avtobus sürücüsü əgər bu halları təkrarlayarsa, aidiyyəti qurum tərəfindən sürücünün işdən kənarlaşdırılması və ya müvəqqəti lisenziyasının dayandırılması da baş verə bilər.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












