Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

Sumqayıt şəhərində yerləşən Nəsimi adına Mədəniyyət parkında tikinti məqsədilə sağlam ağacların kəsildiyi ilə bağlı görüntülər yayılıb. Şəhər sakinləri parkın bir hissəsində əvvəllər sıx ağaclıq olan ərazidə ağacların yerində böyük qazıntı sahələrinin yarandığını iddia edirlər. Avtosfer.az-ın "Bizim.Media"ya istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı həmin ərazidə tikinti işlərini həyata keçirdiyi deyilən Şərur MTK-nın rəhbəri İsfəndiyar Axundov bildirib ki, şirkətin nə həmin ərazidə ağac kəsməsi, nə də Sumqayıtda hər hansı layihə həyata keçirməsi barədə məlumatı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, sözügedən ərazidə ağacların kütləvi kəsilməsi ilə bağlı yayılan görüntü və iddialar Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırılacaq. Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, qeyd olunan ərazidə tikinti işləri hazırda müvəqqəti dayandırılıb. Qurumdan həmçinin qeyd olunub ki, parkda ağacların kütləvi kəsilməsi ilə bağlı icra hakimiyyətinə hər hansı rəsmi müraciət daxil olmayıb.
Daha ətraflı Space TV-nin hazırladığı videosüjetdə:
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












