Sosial şəbəkələrdə təhlükəli trend: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə narahatlıq doğuran yeni bir tendensiya yayılıb. Bəzi səhifələr süni intellekt vasitəsilə mərhum insanların görüntülərini pul qarşılığında "canlandıraraq" videolar hazırlayırlar.
Bir qrup insan bunu texnoloji yenilik kimi qəbul etsə də, digərləri bu cür paylaşımları etik hesab etmir və mərhumun xatirəsinə hörmətsizlik kimi qiymətləndirirlər. Məsələ yalnız etik çərçivə ilə məhdudlaşmır.
Bu tip kontentlər həm dini, həm də psixoloji baxımdan ciddi suallar doğurur. Bəs belə kontentlərin yaradılması nə dərəcədə doğrudur? Bu cür videolar insanların düşüncəsinə necə təsir edir?
Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
"Mən belə şeylərə yaxşı baxmıram. Düşünəndə adamın tükləri biz-biz olur", - vətəndaşlardan biri söyləyib. Digər bir sakin isə qeyd edib: "Belə paylaşımları etməyə heç kimin ixtiyarı yoxdur".
Mərhum aktrisa Tünzalə Əliyevanın həyat yoldaşı Röyal Babayev də məsələyə münasibət bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə yayılan bu tip videolar ona pis təsir edir:
"Bəzən proqram vasitəsilə hazırlanmış görüntülər qarşıma çıxır. Tünzalə guya məzardan çıxıb daşa sarılır. Bu məni çox üzür, hətta sarsıdır. Bəzən bunu edən insanlara əsəbiləşirəm. Sonra düşünürəm ki, bunu maddi qazanc üçün edirlər. Anlamağa çalışıram. Amma olmazmı ki, hər kəs öz ailəsindən biri üçün belə videolar hazırlasın, başqalarına toxunmasın? Əminəm ki, pis niyyətləri yoxdur, lakin bilin ki, bu bizə yaxşı təsir etmir".
İlahiyyatçı Tural İrfan isə bildirib ki, dini baxımdan bu cür görüntülərin hazırlanması və yayılması doğru hesab olunmur. Onun sözlərinə görə, insanların öldükdən sonra dirilməsi qeyb aləminə aid məsələdir və bu nə elmi, nə də dünyəvi baxımdan tam izah edilə bilən bir prosesdir: "Bu həm də mərhumun xatirəsinə hörmətsizlik kimi qiymətləndirilir".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












