Süni intellektdən istifadə düşünmə qabiliyyətini zəiflədə bilər

Süni intellektdən geniş istifadə insan beyninə mənfi təsir göstərərək düşünmə qabiliyyətini tədricən zəiflədə bilər. Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Oksford Universiteti, Massaçusets Texnologiya İnstitutu, Kaliforniya Universitetinin Los-Anceles filialı və Karnegi Mellon Universitetinin alimlərinin apardığı yeni araşdırmada xəbərdarlıq edilir.
Tədqiqat müəllifləri bildiriblər ki, süni intellektdən tapşırıqların yerinə yetirilməsində istifadə ciddi koqnitiv zəifləməyə səbəb ola bilər. Araşdırmaya görə, insanlar problemləri həll etmək üçün süni intellektə güvəndikcə, müstəqil düşünmək üçün səy göstərmək qabiliyyətini itirir və daha tez təslim olmağa meyilli olurlar. Alimlər bildirirlər ki, insanlar süni intellektdən istifadənin təsirini dərhal hiss etməsələr də, zaman keçdikcə beyin funksiyaları tədricən zəifləyə bilər.
Araşdırma çərçivəsində iştirakçılara riyazi məntiq və mətn anlama kimi müxtəlif tapşırıqlar verilib. Nəticələr göstərib ki, cəmi 10 dəqiqə ərzində süni intellektdən istifadə edən şəxslər sonradan bu imkandan məhrum olduqda, heç vaxt süni intellekt istifadə etməyənlərlə müqayisədə daha zəif nəticə göstərib və daha tez-tez tapşırıqlardan imtina ediblər.
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












