Süni intellektlə saxta materiallar hazırlayıb YAYANLARIN NƏZƏRİNƏ - VİDEO

Süni intellektlə saxta materiallar hazırlayıb yayanları cəza gözləyir. Belə ki, şəxsin razılığı olmadan onun səs, videogörüntü və şəkillərindən istifadə edənlər məsuliyyətə cəlb olunacaqlar. Bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında və media haqqında qanunlara dəyişikliyi təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, Baku TV-nin mövzu ilə əlaqədar paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar qanuna edilən dəyişikliyi müsbət qarşılayıblar. "İmkan verilməməlidir ki, kiminsə icazəsi olmadan şəkilləri haradasa paylaşılsın", "Dostlarımın şəkillərini paylaşıblar, başqasının adı ilə yazıb, pullarını da alıblar", - deyə sakinlər bildiriblər. İnformasiya Kommunikasiya Texnologiyaları mütəxəssisi Asim Namazov isə məsələyə belə münasibət bildirib:
"Son dövrlərdə süni intellekt vasitəsilə insanların görüntüsündən və səsindən istifadə edərək saxta videoların hazırlanaraq yayılması çox artıb. Bu cür hallar insanların nüfuzuna və imicinə ciddi zərər vura bilər. Bəzən bir saxta video, yaxud şəkil insanın iş həyatına, ailə münasibətlərinə, hətta şəxsi həyatına mənfi təsir göstərə bilər. Bu kimi videoların geniş auditoriyaya sürətlə çatması insanların psixoloji təzyiqə məruz qalmasına və cəmiyyət tərəfindən yanlış anlaşılmasına gətirib çıxarır".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












