Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ!

“Sürücülük vəsiqələrinin əvvəlcə müəyyən müddətə sınaq üçün verilməsi haqqında qayda tətbiq etmək daha məqsədəuyğun olar”. Avtosfer.az bildirir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında mövzu ilə bağlı danışarkən qeyd edib.
Onun sözlərinə görə, şəxs bu vaxt ərzində özünü doğruldarsa, ona da digər sürücülər kimi uzunmüddətli sürücülük vəsiqəsi verilə bilər:
“Bir çox ölkələrdə bu təcrübə mövcuddur. Sürücülük vəsiqələri əvvəlcə sınaq müddəti ilə təqdim olunur. Şəxs həmin dövrdə kobud qayda pozuntularına yol vermir və ağır yol-nəqliyyat hadisəsi törətmirsə, növbəti dəfə ona bu vəsiqə 10 il müddətinə verilir. Bizdə də bu təcrübənin tətbiqinə baxmaq olar”.
Ekspert qeyd edir ki, hazırda praktiki imtahandan uğurla keçə bilməyən sürücülərin sayı kifayət qədərdir. Çünki kitabı oxuyub suallara cavab verməyin əksinə avtomobili idarə etmək bacarıq tələb edir.
“Mövcud qaydalara yenidən baxmaq və onları müəyyən formada təkmilləşdirmək olar ki, sürücülərin peşəkarlıq səviyyəsi daha da artsın”, - deyə o, vurğulayıb.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












