Taksilərin sərnişinləri mindirib-düşürmə problemi necə həll edilməlidir? - AÇIQLAMA

"Bakıda ən çox quraşdırılan yol nişanlarından biri məhz dayanma və durmanı qadağan edən nişandır". Bakıda həm sürücülərin, həm də sərnişinlərin üzləşdiyi əsas problemlərdən biri bəzi ərazilərdə taksilərin dayanmasına icazə verilməməsidir. Bu səbəbdən sərnişinlər bir çox hallarda taksiyə minmək üçün müəyyən məsafə qət etməli olurlar. Məsələ Milli Məclisdə də müzakirə olunub. Deputat Məlahət İbrahimqızı taksilərin sərnişinləri mindirib-düşürməsi üçün şəhərin müxtəlif nöqtələrində 2-3 dəqiqəlik dayanma imkanlarının yaradılmasını təklif edib.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı İqtisadiyyat.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, dünyanın bir çox ölkələrində bu istiqamətdə müxtəlif təcrübələr mövcuddur.
Onun sözlərinə görə, bəzi ölkələrdə günün müəyyən saatlarında taksilərin avtobus zolaqlarından istifadə etməsinə icazə verilir, bəzi dövlətlərdə isə bu imkan daimi xarakter daşıyır.
"Taksilər sərnişindaşıma fəaliyyəti həyata keçirdiyinə görə bir sıra ölkələrdə onların xüsusi zolaqlarda hərəkətinə şərait yaradılır. Azərbaycanda da sərnişinlərin minib-düşməsi üçün müəyyən məntəqələr yaradılıb və bu, müəyyən qədər problemi həll edir. Lakin elə nöqtələr var ki, orada vəziyyət daha mürəkkəbdir. Taksi sürücüləri ya ikinci cərgədə dayanaraq sərnişin mindirib-düşürməli, ya da avtobus zolağına daxil olmalıdırlar ki, bu da cərimə ilə nəticələnə bilər", – deyə ekspert bildirib.
E.Muradlının sözlərinə görə, şəhərdə dayanma və durmanın qadağan edildiyi ərazilərin sayı kifayət qədər çoxdur:
"Bakıda və digər şəhərlərdə yol nişanlarının statistikasına baxdıqda görürük ki, ən çox istifadə olunan nişanlardan biri məhz dayanma və durmanı qadağan edən nişandır. Bu da həm sürücülər, həm də sərnişinlər üçün müəyyən çətinliklər yaradır. Hesab edirəm ki, Milli Məclisdə səsləndirilən təklif dəstəklənməli və onun həyata keçirilməsi istiqamətində müvafiq addımlar atılmalıdır".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












