Tək oğlan uşaqlarının əsgərliyə aparılması ilə bağlı MÜHÜM XƏBƏR: "Bu addım atılsa..."

Azərbaycanda hərbi xidmət zamanı ailədə tək oğul və ya qardaş olan şəxslərə güzəşt tətbiqi məsələsi gündəmə gətirilir.
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev açıqlama verib.
Ekspert bildirib ki, ölkədə mövcud demoqrafik vəziyyət və açıqlanan statistika ailələrin əksəriyyətində oğlan uşaqlarının tək olduğunu göstərir:
“Əgər tək övlad və ya tək oğlan uşaqlarına hərbi xidmətdən güzəştlər və imtiyazlar tətbiq edilərsə, bu, bir tərəfdən Silahlı Qüvvələrin komplektləşdirilməsinə mənfi təsir göstərəcək, digər tərəfdən isə cəmiyyətdə demoqrafik problemlərə yol açacaq. Belə addım atılacağı təqdirdə bir çox ailələr yalnız tək oğul və ya tək oğlan uşağı ilə kifayətlənə bilər ki, bu da əhali artımını məhdudlaşdırar”.
Ədalət Verdiyevin sözlərinə görə, bu hal həm milli, həm də dövlət maraqlarına uyğun deyil.(konkret.az)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












