Tələbələr üçün verilən endirim kartları gənclərin işinə nə qədər yarayır? – Ekspert AÇIQLADI

“TələbəPlus” kartı Azərbaycanda tələbələr üçün nəzərdə tutulmuş əsas sosial dəstək vasitələrindən birinə çevrilib. “TələbəPlus” kart layihəsi bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Bu kart vasitəsilə tələbələr müxtəlif mağaza, tədris mərkəzi, restoran və əyləncə yerlərində endirimlərdən yararlana bilirlər. Kartın məqsədi tələbələrin xərclərini azaltmaq və gündəlik həyatlarını bir qədər asanlaşdırmaqdır.
Amma reallıq göstərir ki, kartın təklif etdiyi güzəştlərin böyük əksəriyyəti tələbələrin əsas gündəlik ehtiyacları olan nəqliyyat, yemək, kirayə və kommunal xidmətlərini əhatə etmir. Əvəzində endirimlər daha çox epizodik və əlavə xərclərə yönəlib. Məsələn, layihəyə əsasən, “İşıq İnkişaf Mərkəzi”ndə 50%-dək, “Apply Uni”də 20-50%, "Strauss press" MMC-də 25%, "Qədim Qala" MMC-də 25%, “Kolorit”də 7%, “Almond Cake”də 5%, “INSUN Yaşam Mərkəzi”ndə 10%, “Pak Xalça”da 10% və “STI Travel”də 50%-dək eksklüziv səyahət paketi endirimindən istifadə etmək mümkündür. Halbuki bu yerlərə tələbələrin çoxu hər gün üz tutmur. Hər gündən də əlavə, bəzi məkanlardakı endirim faizləri də tələbələrə bu yerlərə getməməməyə əsas verir. Bu da göstərir ki, “TələbəPlus” kartı hələ də tələbələrin gündəlik sosial dəstək ehtiyaclarını tam ödəyə bilmir.

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, sözügedən kartlarda tələbələrin təlabatına uyğun güzəştlər edilsə, daha faydalı və uyğun olar:
“Həmin kartlar, daha çox nəqliyyat və ən azı kirayə ödənişləri, həmçinin kitabxanalardan istifadə üçün nəzərdə tutulmalıdır. Amma indiki halda, endirimlər restoranlarda və digər bənzər məkanlarda tətbiq olunur. Tələbələrin daha çox istifadə etdiyi və onlara lazım olan resurslar internet xidmətləri olardı. Bu istiqamətlərdə endirimlərin tətbiqi daha məntiqli və uyğun olardı. Lakin hazırda görülən odur ki, endirimlər bəzi istiqamətlərdə tətbiq olunur, amma tələbələrin həqiqətən ehtiyacı olan sahələrdə deyil. Məsələn, Avropa ölkələrinə baxsaq, bir çoxunda tələbələr üçün verilən endirim kartları nəqliyyat üçün istifadə olunur. Həmçinin kartlarda limit təyin olunur. Məsələn, bir kartda 37 gediş nəzərdə tutulub və tələbə həmin 37 gedişdən endirimlə istifadə edə bilər. Əgər limitdən artıq istifadə edirsə, əlavə ödəniş ödəyir. Belə imkanlar tələbələr üçün daha faydalı və uyğun olar”.
Nurcan Babək
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












